kanal1

Vüqar Kərimova söykənən MEŞƏ MAFİYASI... - İTTİHAM

Tarix:26-11-2021, 13:36
Baxış Sayı:62

Vüqar Kərimova söykənən MEŞƏ MAFİYASI... - İTTİHAM

Meşələrimiz məhv olub "soyqırıma" məruz qalır, aidiyyatı orqanlar şikayətçilərin şikayətlərinə baxmadığı üçün, onlar bizlərə müraciət etməli olurlar.
Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində "meşə soyqırımı"nda başqa bir neçə özbaşınalıq və saxtakarlıqlar da Ekologiya Nazirinin müavini Vüqar Kərimova söykənir. Neçə ki, Mərkəzin direktoru Adəm İsmiyev dəfələrlə öz işçilərinə və şikayətçilərə belə demişdi: " Sizin mənə gücünüz çatmaz, çünki, mənim arxamda "duranlar" vardır. Nə qədər istəyirsiniz şikayət verin. Amma yaxşı olardı kı, özünüzü yormayasınız".
Masallı Regional Meşə Təsərrüfatının Xidməti ərazisində 150 dən çox istirahət-rekreasiya mərkəzi vardır və o istirahət mərkəzlərinin demək olar ki, çəmi 10-nun icarə müqaviləsi vardır, qalanları isə müqaviləsi yoxdur və eləsi də var ki, əvvəldən heç müqaviləsi olmayıb. Belə bir sual çıxır meydana görəsən, bu istirahət mərkəzlərinə icarə müqavilələri Ekologiya Nazirliyi niyə bağlamaq və ya (vaxtı bitmiş) müqavilələri artırmaq istəmir?!. Yeri gəlmişkən onu da qeyd etmək istəyir ki, o istirahət mərkəzlərinin sahibləri demək olar ki, müqavilə bağlamaq və ya (vaxtı bitmiş müqaviləni ) artırmaq üçün, hamısı Meşələrin İnkişafı Xidmətinə müraciət etmişdilər, amma çox təəssüflər olsun ki, onlara "hələlik müqavilə bağlanmır və artırılmır"- deyə bildirilmişdi. artıq 3 ildir ki, heç kimə müqavilə bağlanmır, sadəcə olaraq 2 və ya 3 nəfər arxalı "daydaysı" olandan başqa. Əcəba Ekologiya Nazirliyi bu müqavilələri niyə bağlamır və bitən müqavilələrin müddətin niyə artırmır? Məgər o istirahət mərkəzlərinin sahibləri heç nədən o dövlət meşə fondunda qərar tutublar yoxsa illik "dolya" verirlər?!. Deyilənə görə, onlardan illik haqqı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühafizə mühəndisi Abturab Bağırov yığır. Çün ki, Abturab Bağırov çoxdan bu sistemdə işlədiyi üçün, hamını tanıyır və bu işdə çox təcrübəlidir. Baxın, bunun üçün Vüqar Kərimov və Namik Xıdırov Abturab Bağırov kimi orta ixtisas təhsilli və qeyri-meşəçini bu böyük baş mühəndis vəzifəsində saxlayıblar.
Deməli görün bunlar, nə qədər dövlət büdcəsinə ziyan vururlar.
Meşə mafiyası elədiyi bu çirkin işlərə görə, gec-tez qanun qarşısında cavab verməli olacaqlar.

Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq. //azinfo.tv//

Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma