kanal1

Nazirliyin “Sovetski”də "yoxa çıxardığı" evi İcra Hakimiyyəti tapdı - Cinayət işi başlaya bilər

Tarix:22-11-2021, 19:28
Baxış Sayı:5

Nazirliyin “Sovetski”də "yoxa çıxardığı" evi İcra Hakimiyyəti tapdı - Cinayət işi başlaya bilər

İsraildə yaşayan Azərbaycan vətəndaşı Anara Baazovanın "Sovetski”də Maliyyə Nazirliyi rəsmilərinin "yoxa çıxardığı" evinin sənədlərini Yasamal rayon İcra Hakmiyyətinin rəsmiləri aşkarlayıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə məlumat verən Anara Baazova bildirib ki, Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ramin İsrafilov sökülmüş evinin kodunu tapıb. Bununla bağlı Anara Baazova Yasamal Rayon İcra Hakimiyyətinə məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi təqdim edirik:

"Hörmətli, cənablar!

Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı evimin Dövlət Ehtiyacları üçün sökülməsi nəticəsində mənə bu günə qədər kompensasiya ödənilməyib. Səbəb o göstərilib ki, guya evim İnventarizasiya siyahısında qeydə alınmayıb, eyni zamanda bizə həmin siyahı bu günə qədər təqdim edilməyib.

Nəhayət, sağ olsun Yasamal rayon İcra Hakimiyyətinin məsul əməkdaşı evimin kodunu tapıb yaxın dostlarımız vasitəsi ilə bizə məlumat verdi. Məlum oldu ki, 64/150/1 kodu altında həm Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, ev 3 üzrə həm də üzbəüz yerləşmiş evimin - yəni M.A.Əliyev küçəsi, dalan 2, ev 10 A üzrə mənə məxsus olmuş qaraja və onun üstündə olmuş evimə eyni kod qeyd ediblər.

Əvvəllər isə Yasamal İcra Hakimiyyəti də Maliyyə Nazirliyi kimi deyirdi ki, ev olmayıb deyə kod da yoxdur!

İndi zəhmət çəkin, kompensasiyami ödəyin! Ayıbdır, bu qədər də özbaşınalıq olmaz! Həmçinin Ramin bəyə də çox sağ ol deyirəm ki, haqq-ədalətin bərqərar olmasına vaxtını itirib, zəhmət çəkib axtarıb kodu tapıb! Təşəkkürlər Ramin bəy! Xahiş edirəm ki, Ramil İsrafilovu mənim təşəkkürümdən başqa sizlər də mükafatlanıdırasınız ki, daha da yaxşi fəaliyyət göstərsin!

Eyni zamanda mən də yəhudi təşkilatlarına müraciət etmişəm ki, Ramil İsrafilova Azərbaycan-İsrail münasibətlərinin möhkəmləndirilməsində göstərmiş olduğu fəaliyyətə görə təşəkkürnamə göndərsinlər!

Çox sağ olun Yasamal İcra Hakimiyyəti. Evimin tapılmasına mənə yardımçı olduğunuz üçün sizə təşəkkür edirəm”.

Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma