kanal1

Gecə yarısı gizlicə vətəndaşların mülklərini dağıtdılar: Bakıda ŞOK OLAY – VİDEO

Tarix:19-11-2021, 19:12
Baxış Sayı:38

Gecə yarısı gizlicə vətəndaşların mülklərini dağıtdılar: Bakıda ŞOK OLAY – VİDEO

Noyabrın 18-dən 19-a keçən gecə Nəsimi rayonu Nəsibbəy Yusifbəyli 48 ünvanında vətəndaşa məxsus 150 kvadratmetrlik qeyri-yaşayış sahəsində söküntü işləri aparılıb.

Daxil olan şikayət məktubunda zərərçəkən Qoşqar Əliyev bildirib ki, ona məxsus olan qeyri-yaşayış sahəsində söküntü işləri qeyri-qanuni olaraq aparılıb. Hadisəni yerində araşdırmaq üçün adıçəkilən ünvana yollandıq.

Qoşqar Əliyevə məxsus qeyri-yaşayış sahəsinin arxa hissəsində söküntü işlərinin aparılmasını müşahidə etdik. Tikilinin arxa hissəsinin divarı tamamilə dağılmış formada idi. Qapı və pəncərələr sındırılmışdı. Söküntü qalıqları ətrafa səpələnmişdi.

Qoşqar Əliyev bildirdi ki, qeyri-yaşayış sahəsi çoxdur, təxminən 150 kvadratmetr sahəyə zərər dəyib: “Hadisə bu gecə baş verib. Biz də söküntünü bu səhər buraya gələndə gördük. Bizə səhər saat 9-da məlumat verdilər. Sırağa gün də giriş hissəyə zərər vurmuşdular. Dedilər ki, bərpa edəcəyik, dünən də yarısını bərpa etmişdilər. Bu gecə isə tikilinin pəncərələrini, qapısını, divarını uçurublar. Divar tamamilə dağıdılıb”.

Zərərçəkənin sözlərinə görə, söküntünü aparan “Marin Group” şirkətinin əməkdaşları olub:

“Sağ tərəfimizdə yaşayış binası tikirlər. 102-yə zəng vurmuşuq, polis gəlib. Ərizə ilə müraciət etmişik. Qarşı tərəf burada “reketlik” edir, heç nəyə məhəl qoymurlar. Konkret olaraq şirkətin mühafizəçiləri qoçu dəstələridir. Vətəndaşın evinə gələnlərə də mane olurlar. Qarşı tərəfdəki tikintinin sahibi Bahadur və Azad adında adamlardır, bir neçə dəfə bizimlə əlaqəyə çıxıblar. Buranı almaq istəyiblər. Biz də satmamışıq. Onlar da burada yaşayış binası tikirlər. Bura bizim qanuni mülkümüzdür. Çıxarışı da var. Dəymiş ziyan hələ ki, hesablanmayıb. Bəlkə də 10 min manatdan çox ziyan dəyib. Paylı mülkiyyətdir, qeyri-yaşayış sahəsidir, 3 nəfərin əlində “kupça”sı var. Xahiş edirik, aidiyyəti qurumlar səsimizə səs versinlər, məsələ araşdırılsın və ölçü götürülsün”.

Qoşqar Əliyevin iddiaları ilə bağlı qarşı tərəfdən münasibət öyrənmək istəsək də, cəhdlərimiz baş tutmadı. Qarşı tərəf hətta bizim ərazidə çəkiliş aparmaq cəhdlərimizi hər vəchlə məhdudlaşdırmağa çalışırdı.Publika

Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma