kanal1

Deputat İqbal Məmmədovun həyat yoldaşı cərimələndi - TƏFƏRRÜAT

Tarix:18-11-2021, 17:19
Baxış Sayı:21

Deputat İqbal Məmmədovun həyat yoldaşı cərimələndi - TƏFƏRRÜAT

Deputat İqbal Məmmədovla dövlət qurumları arasında növbəti dəfə insident yaranıb.
Bakupost.az -ın məlumatına görə, bu dəfəki hadisə Astarada baş verib.
Bir valideyn hüquq-mühafizə orqanlarına müraciət edərək, azyaşlı övladının Astarada yerləşən “Relax” istirahət mərkəzində işlədildiyini bildirib.
Araşdırmalar zamanı məlum olub ki, “Relax”da bir yox, bir neçə yetkinlik yaşına çatmayan şəxs qanunsuz əməyə cəlb olunub. İstirahət mərkəzi vergi orqanlarında deputatın həyat yoldaşı Kəmalə Məmmədovanın adına sənədləşdirilib.
Lakin Kəmalə Məmmədovanı tapmaq əsl müşkülə çevrilib.
Belə ki, o, vergi orqanlarında göstərdiyi ünvanda yaşamır, təqdim etdiyi telefon nömrəsi isə mövcud deyil. İş prokurorluq tərəfindən Lənkəran regional Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib. Fakt təsdiqini tapdığından, fərdi sahibkar Kəmalə Məmmədova 3000 manat məbləğində cərimə olunub. Cərimənin ən aşağı həddə təyin olunmasının səbəbi İqbal Məmmədovun arvadının onu nağd şəkildə və dərhal ödəmək istəməsi olub.
Qeyd edək ki, 2019-cu ilin avqustunda Lerikdə İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşları və mərkəzin rəhbərliyi arasında toqquşma baş vermişdi. Nazirliyin əməkdaşları "Relax" İstirahət və Turizm Mərkəzinə vergidən yayınma əsaslarına görə vergi yoxlaması aparmaq üçün gediblər. Bu zaman Vergilər Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istirahət mərkəzinin rəhbərliyi arasında qarşıdurma baş verib.

Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma