kanal1

Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR

Tarix:18-11-2021, 14:46
Baxış Sayı:16

Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR

Azərbaycan Respublikası Konstitusiyasının 85 və 89-cu maddələri deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Buna baxmayaraq, Milli Məclisin deputatlarının əksəriyyətinin böyük biznesi mövcuddur. Deputatlar içərisində elə şəxslər var ki, sərvətlərinin dəyəri yüz milyonlarla, milyardlarla ölçülür.

Maraqlıdır ki, Azərbaycanda milyonçuya çevrilən deputatlar içərisində müxalifət partiya sədrləri də var. Məsələn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev…
Bir zamanlar ağır sosial şərtlər altında kasıb həyat sürən Q.Həsənquliyevin illər sonra oliqarxa çevrilməsi təəccüblü deyil. AXCP sədri Əli Kərimlinin şinelindən birbaşa konstruktiv müxalifətə dönüş edən Q.Həsənquliyev vaxtilə ölkədə əksər sahələrin monopolisti hesab olunan “fövqəl güc”ün himayəçiliyinə verilmişdi. Bu da nəticə! Artıq Qüdrət Həsənquliyev binalar tikir, böyük mülklərə, biznes sahələrinə sahibdir.

Demokrat.az BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin sərvətlərindən, milyonluq mülklərindən bir neçəsinin fotosunu əldə edib.

Məsələn, fotoda gördüyünz bu bina Nərimanov rayonu Mövsüm Sənani küçəsində yerləşir. 17 mərtəbəli göydələn müxalifətçi partiya sədrinə məxsusdur. Əməkdaşımızın araşdırması zamanı bəlli olub ki, binadakı mənzillər çoxdan satılıb.

Mirəli Seyidov küçəsində yerləşən səliqəli və zövq oxşayan 4 mərtəbəli bina da Q.Həsənquliyevə məxsusdur. Q.Həsənquliyevin sədri olduğu BAXCP də məhz bu binada yerləşir.

Q.Həsənquliyevə məxsus digər milyonluq mülk Badamdar qəsəbəsində yerləşən villadır.

Qeyd edək ki, partiya sədrinin villasının yanında keçmiş MTN-nin cinayətkar dəstəsinin ən başçılarından olan Akif Çovdarovun və Kəmaləddin Heydərovun himayə etdiyi “media holdinq” rəhbərinin də villaları yerləşir.

Qüdrət Həsənquliyevə məxsus digər milyonluq mülkləri və onun monopoliyaya aldığı biznes sahələri haqqında da məlumat veriləcək.
Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR
Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR
Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR
Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR
Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR
Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR
Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR
Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR
Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR

Köhnə Ələt-Astara yolu su altında... - FOTO

Abşeron-Xızı təhsilində yepyeni macəralar...

Bakının mərkəzindəki universitetlər köçürüləcək?

Sahil Babayev maliyyə naziri təyin edilib

Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi

Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir

Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT

"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma