kanal1

Bakıda MTK-nın şok qanunsuzluğu: - Su pulu yığır, “Azərsu”ya ödəmir…

Tarix:15-11-2021, 21:53
Baxış Sayı:20

Bakıda MTK-nın şok qanunsuzluğu: - Su pulu yığır, “Azərsu”ya ödəmir…

“Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri ciddi problemlə üzləşiblər. Onlar uzun müddət “Yeni Bakı” şirkətinə su pulu ödəsələr də sonradan bəlli olub ki, yaşayış kompleksinin 250 min manatdan artıq yığılmış borcu var və bu, günü-gündən artır. Səbəb isə odur ki, şirkət pulları “Azərsu”ya ödəmir.

Məsələni "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Anar Cəbrayıllı Musavat.com-a açıqlamasında təsdiq edib. Onun sözlərinə görə, “Yeni Bakı” Yaşayış Kompleksində su anbarı tikilməyib və bütün mənzillər sayğacla təmin edilməyib. Bundan başqa, orada çoxlu neqativ amillər var və vətəndaşlarla şirkət arasında mübahisə yaşanır: “Yeni Bakı” Yaşayış Kompleksinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 250 min manatdan artıq borcu var. Son bir neçə ayda artıq demək olar ki, ödəniş etmirlər. Onları biz dəfələrlə “Azərsu”ya dəvət etmişik, rəhbərlikləri ilə görüş keçirilib. Söhbətlərdə bu çatışmazlıqların aradan qaldırılması ilə bağlı onlara tövsiyələr verilib ki, bütün mənzillərə sayğaclar quraşdırılsın və bundan sonra “Azərsu” ASC gəlib, hər bir abonentə fərdi kod açacaq. Bu gün orada abonentlərin kodu yoxdur.

Abonentlər işlətdikləri suyun puluna görə həmin MTK-ya ödəniş edirlər, onlar da bizə ödəniş edir. Amma təəssüf ki, son bir neçə aydır ödəniş olunmur. Artıq onlara məlumat verilib, görüşlər davam etdirilir ki, məsələ öz həllini tapsın. Çünki 250 mindən artıq vəsait çox böyük bir məbləğdir. Ona görə bu istiqamətdə işlər aparılır ki, hər bir sakinin fərdi kodu olsun və onlar birbaşa “Azərsu” ASC-yə ödəniş etsinlər. Hazırda orada MTK ilə vətəndaşlar arasında narazılıq var. Onların sosial şəbəkədəki hesablarında biz daim bunu görürük. Biz maraqlandıq ki, orada vətəndaşlar hələ də komendantlara ödəniş edir. Onlar isə “Azərsu”ya pul ödəmək istəmirlər. Mübahisə də bununla bağlıdır”.

Qeyd edək ki, Anar Cəbrayıllı vətəndaşları MTK-ya su pulu ödəməməyə çağırıb.

​Musavat.com

Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
Balakən Gömrük İdarəsinə rəis təyin olundu
Balakən Gömrük İdarəsinə rəis təyin olundu