kanal1

“Yardımlı İcra Hakimiyyətindən heç kim bizimlə maraqlanmır” - Qazilər üsyan etdi

Tarix:15-11-2021, 11:40
Baxış Sayı:16

“Yardımlı İcra Hakimiyyətindən heç kim bizimlə maraqlanmır” - Qazilər üsyan etdi

“Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Boynum qırılıb, beldən aşağı bir çox orqanlarımda hissiyat yoxdur. Yataq şəraitində müalicə alıram, yataqdan qalxa bilmirəm. Keçən ilin oktyabr ayının 6-dan xəstəxanalardayam. Azərbaycanda müalicə olundum, daha sonra Yaşat Fondu tərəfindən İstanbula göndərildim. Sağ olsunlar, onlar biz qazilərə diqqət göstərirlər. Evliyəm, bir uşağım var, onlar hal-hazırda rayondadırlar. Rayonumuzun nə bələdiyyəsi, nə icra hakimiyyəti, nə də ki, icra nümayəndəliyi nə mənimlə, nə də ailəmlə maraqlanırlar”

Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi qazisi, hal-hazırda İstanbulda müalicə alan Yardımlı rayon Horonu kənd sakini Əfsər Ataxanlı deyib. O daha sonra əlavə edib.
“Yardımlı İcra Hakimiyyətindən heç kim bizimlə maraqlanmır” - Qazilər üsyan etdi

“Bizim rayondan demək olar ki, ən ağır qazilərdən biri də mənəm. Evimizdə də təkcə atam işləyir. Ondan başqa evi dolandıran yoxdur. 1 ildən çoxdur ki, xəstəxanadayam. Rayonumuzda Zəfər bayramı qeyd olundu, heç bir kəs adi telefon zəngi açıb təbrik etmədilər. Biz İstanbuldayıq, heç olmasa atama zəng edib, təbrik edərdilər. Nə vaxt Azərbaycana qayıdacağıq bilmirik. 1 il burada qalacağıq, yoxsa 2 il, onu da bilmirik. İstəyim odur ki, ailəmlə maraqlansınlar. Uşaq körpədir, geyimləri bahadır. İcra başçısına da müraciət etmişik, amma müraciətimiz cavabsız qalıb” deyə qazi bildirib.

Daha sonra İstanbulda müalicə alan digər qazimiz Vahid İmanlı da Moderator.az vasitəsilə şikayətini dilə gətirib.

“Mən isə Yardımlının Daquzu kəndindənəm. Fizuli uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəldim. Güllə onurğa sütunumdan dəymişdi. Üzümü icra hakimiyyətinə tuturam ki, ailəmə baxsın, köməklik etsin” deyə bildirib.

Qeyd edək ki, qazilərin ailə üzvləri də saytımız vasitəsilə Yardımlı rayon İcra Hakimiyyətinə müraciət ediblər.

Daha ətraflı videodakı linkdə:

Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
Balakən Gömrük İdarəsinə rəis təyin olundu
Balakən Gömrük İdarəsinə rəis təyin olundu