kanal1

Saleh Məmmədovun çevrəsində NƏLƏR BAŞ VERİR? - İDDİA

Tarix:10-11-2021, 12:09
Baxış Sayı:29

Saleh Məmmədovun çevrəsində NƏLƏR BAŞ VERİR? - İDDİA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Əvəz Qocayevlə ikinci müavin Hüsnü Quliyev arasında nüfuz savaşı gedir. Bu barədə saytımıza daxil olan məlumatda bildirilir ki, Agentliyin sədri Saleh Məmmədovun Hüsni Quliyevin tərəfini tutması Əvəz Qocayevdə qəzəb hissi yaradıb və birinci müavin Saleh Məmmədovun BDU-nun hüquqşünas diplomunu necə əldə etməsi barədə məlumatlar yaymaqla hər kəsə meydan oxuyur.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Əvəz Qocayev haqqında son aylar ölkə mətbuatında xeyli sayda məlumatlar dərc etməkdədir. Bu məlumatlar əsasən deyə bilərik ki, Saleh Məmmədovun birinci müavini sözün həqiqi mənasında oliqarx məmura çevrilib.

Saytımıza daxil olan məlumatda bildirilir ki, Əvəz Qocayev bütün işləri öz nəzarəti altına almaq məqsədi ilə Hüsnü Quliyevi sıxışdırmağa çalışır. Lakin Saleh Məmmədovun Əvəz Qocayevdən daha çox Hüsnü Quliyevə etimad nümayiş etdirməsi Agentlikdə vəziyyəti gərginləşdirir.

Belə ki, daxil olan məlumatda iddia olunur ki, vəziyyəti öz xeyrinə dəyişməyə can atan Əvəz Qocayev Saleh Məmmədovun Hüsnü Quliyevə etimad göstərməsini qəbul etməyərək bəzi dairələrə davamlı olaraq ikinci müavin haqqında mənfi məlumatlar ötürür. Məlumata görə Əvəz Qocayev Hüsnü Quliyevin ikinci müavin vəzifəsinə təyinat almasını təsadüf sayır. Hətta birinci müavin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyində ən səriştəli məmurun özü olmasını tez-tez gündəmə gətirir.

Məlumatda bildirilir ki, Əvəz Qocayev öz ətrafına Hüsnü Quliyevin SSRİ vaxtında Bakı Kooperativ Texnikumunu zorla bitirdiyini və sonradan biznes fəaliyyəti ilə məşğul olduğu vaxtlarda rüşvət yolu ilə Odlar Yurdu Universitetinin (2002-ci ildə) diplomunu almasını gündəmə gətirərək Hüsnü Quliyevin saxta diploma sahib olduğunu vurğulayır. .

Redaksiyamıza verilən məlumatda qeyd edilir ki, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmdədovun son aylar bir şox tapşırıqları Hüsnü Quliyevə həvalə etməsi Əvəz Qocayevi daha da əsəbləşdirir. Məhz bu əsəbilik fonunda Əvəz Qocayev bir neçə ay öncə doğma rayonu Tovuzda yaxın ətrafının təşkil etdiyi məclisdə sədrə olan qəzəbini boğa bilməyərək Saleh Məmmədovun 2005-ci ildə Bakı Dövlət Universitetininin “Hüquq” fakültələsinin diplomunu necə əldə etməsi “əhvalatı”nı ortaya atıb.

Məlumatda o da vurğulanır ki, Əvəz Qocayevin sədrin ən yaxın adamı olan ikinci müavin Hüsnü Quliyevi özünə rəqib seçməsi ondan xəbər verir ki, üzümüzə gələn ildə birinci müavinin Saleh Məmmədovla münasibətlərində ciddi problemlər ortaya çıxacaq.

Bu yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam