kanal1

"Mənə niyə illərlə rüsum ödətdirib bu sənədləri veriblər?" - GİLEY

Tarix:10-11-2021, 10:14
Baxış Sayı:27

"Mənə niyə illərlə rüsum ödətdirib bu sənədləri veriblər?" - GİLEY

On doqquz ildir ki, mülkiyyətində olan və başqası tərəfindən zəbt olunan torpaq sahəsini geri qaytarmaq istəyən Qax rayon Dəymədağlı kənd sakini Omarova Sevil İlyas qızı dəfələrlə bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də heç bir nəticə hasil olmayıb. Torpağın ona məxsus olması hüquqi sənədlərlə sübut olunmasına və bu barədə müxtəlif qətnamələrin qəbul olunmasına baxmayaraq illərdir ki, müxtəlif məhkəmələrə rüsum ödəməkdən yorulan Sevil xanım halalca mülkiyyətini geri ala bilmir. Adamın yadına BMT-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələr düşür...

Torpaq mübahisəsinin kökləri 2002-ci ildən başlayır. S.Omarovanın mərhum atası İlyas Omarov mülkiyyətində olan 1,93 hektar torpaq sahəsinin 1,30 hektarını Qax rayon Marsan kənd sakini Fərrux Əliyevə satıb. Lakin F.Əliyev bütün sahəni özününküləşdirərək istifadə etməyə başlayıb. İ.Omarov sağlığında bu məsələni dəfələrlə həll etməyə cəhd etsə də heç bir nəticə hasil olmayıb. F.Əliyev 0,63 hektar sahəni halal sahibinə qaytarmayıb ki, qaytarmayıb.

Dədə-babadan mülkiyyətlərində olan torpaq sahəsini geri almaq istəyən S.Omarova da eyni vəziyyətlə üzləşib. Bütün hüquqi prosedurlar onun haqlı olduğunu təsdiqləsə də, yekun nəticə əldə olunmur. Hələ 1892-ci ildən babası tərəfindən salınan fındıq bağını geri qaytarmaq üçün Qax rayon Polis şöbəsinə müraciət edən S.Omarovanın iddiası təmin edilmiş, müvafiq olaraq ölçmə işləri aparılmışdır. Nəticədə məlum olub ki, torpaq sahəsinin 1,93 hektar hissəsi F.Əliyevin adına sənədləşdirilib, 0,40 hektar hissəsi torpaq sahəsinin kənarından keçən magistral yola düşüb. Yerdə qalan 0,23 hektar torpaq sahəsinin S.Omarovaya məxsus olması barədə çıxarış olmasına baxmayaraq qarşı tərəf ərazini geri qaytarmaq istəmir. Çarəsiz qalan S.Omarova məhkəməyə müraciət edib. Məhkəmə yenidən ölçmə işləri aparıb və faktı təsdiqləyib. Amma torpağı geri qaytaran yoxdur və Sevil xanım illərdir ki, ancaq məhkəmələrə rüsum ödəməklə məşğuldur.

Maraqlıdır ki, Qax rayon Polis şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis kapitanı Zamir Xəlilov araşdırmadan sonra belə qərara gəlib ki, F.Əliyevin əməlində heç bir cinayət tərkibinin əlamətləri mövcud deyil. Belə ki, təhqiqatçının qənaətincə F.Əliyev içərisində çoxlu sayda fındıq ağacları olan torpaq sahəsini alarkən həmin sahənin ümumi sxemindən xəbərsiz olmuşdur. Görəsən indi bu barədə tam məlumatlı olan F.Əliyev nədən torpaq sahəsini geri qaytarmaq istəmir ? Və rüsumları S.Omarovaya anındaca ödədən hüquq-mühafizə orqanları bir parça torpağı niyə illərdir ki, əsl sahibinə geri qaytara bilmir ?

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən çıxarış sənədi olmasına baxmayaraq torpaq sahəsi hələ də F.Əliyevin istifadəsindədir. Ölkə başçısına, Birinci Vitse-prezident M.Əliyevaya müraciət edən S.Omarova kömək istəyir:

“Əgər torpağın mənə məxsus olduğunu təsdiq edən sənədlərin heç bir hüquqi dəyəri yoxdursa, mənə niyə illərlə rüsum ödətdirib bu sənədləri veriblər? Azərbaycan məhkəmələri kimi qoruyur-haqlınımı, yoxsa haqsızımı? İnanıram ki, mənim qanuni mülkiyyət hüquqlarım bərpa olunacaq, dədə-babadan istifadəmizdə olan torpaq sahəsi geriyə qaytarılacaq”.
Rubrika.Az

Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
Balakən Gömrük İdarəsinə rəis təyin olundu
Balakən Gömrük İdarəsinə rəis təyin olundu
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Yaqub Həbibbəyli 2021/11/14 tarixində “Türkaylar” tekstil sanayi ve ticaret anonim şirkətindən aldığı 11 ton 750 kq çəkisi olan (21079,50 dollar dəyərində) ipliklərin gömrük qeydiyyatından keçdiyini sənədlə təsdiq edə bilərmi?- Cavanşir Həsənli