kanal1

Saakaşvili Ukraynaya ekstradisiya ediləcək? - Açıqlama

Tarix:2-11-2021, 22:44
Baxış Sayı:26

Saakaşvili Ukraynaya ekstradisiya ediləcək? - Açıqlama


Turab Rzayev: “Odur ki, sabiq liderin həbsdən buraxcılacağı tarix çox uzaqda deyil”

“Beləliklə, Saakaşvilinin ölkədə qalma variantının üstündən xətt çəkəcəklər”

“Onun həbsdə olması da, ölkədə qalması da problemdir. Çünki M.Saakaşvili seçiciləri yenidən mobilizasiya edib, hakimiyyətin əleyhinə işlər görə bilər”

Gürcüstanda özünüidarətmə orqanlarına keçirilən seçkilərdə sesvermə başa çatıb. Oktybrın 30-da Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda ilkin nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyasının namizədləri 20 şəhərdən 19-da qalib gəliblər. Tbilisinin hazırkı meri Kaxa Kaladze səslərin 55,6 faizini alaraq yenidən mer seçilib.

Müxalifətin – “Vahid Milli Hərəkat” partiyasının namizədi isə yalnız Tsalencixa şəhərində qələbə qazanıb. Digər böyük şəhərlərin hamısında isə iqtidar partiyası qələbə qazanıb.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Vahid Milli Hərəkat” partiyasındakı tərəfdarlarını və seçicilərini seçkilərə təşviq etmək məqaəsdilə Tiflisə gəlib və o, oktyabrın 1-də saxlanılıb. Özünü siyasi məhbus hesab edən sabiq dövlət başçısı azad edilməsi tələbi ilə artıq günlərdir ki, aclıq aksiyası keçirir.
Saakaşvili Ukraynaya ekstradisiya ediləcək? - Açıqlama

Mövzunu "Sherg.az"a şərh edən siyasi analitik Turab Rzayev bildirib ki, hakimiyyət ikinci turdakı qələbəsini gözləyirdi. Azerforum o şərhi təqdim edir. Artıq qələbə rəsmiləşib. Müxalifət saxtakarlıq olduğunu iddia edir. Fikrimcə, hakimiyyət bu qələbənin müxalifət tərəfindən tanınmasına nail olacaq. Ən azından Avropa ölkələrinə, ATƏT-ə qəbul etdirəcək:

“Ola bilər ki, bir-iki şəhəri Saakaşvilinin partiyasına güzəştə getsinlər. Seçkiləri öz xeyrinə yekunlaşdırdıqdan sonra Saakaşvilini həbsdə saxlamaq üçün heç bir səbəb qalmayacaq. Onu həbsdə saxlamağın əsas məqsədi səslərin öz xeyrinə həll olunmasına imkan yaratmaq idi. Kütləvi mitinqlərlə, seçiciləri səfərbər etməklə qələbə qazanmağa çalışacaqdı".

Analitikin sözlərinə görə, Gürcüstan hakimiyyəti istəyinə çatıb:

" ATƏT-in missiya rəhbərləri, Gürcüstandakı Avropa ölkələrinin nümayəndələri də müxalifətin qələbəni qəbul etməsini istəyirlər. M.Saakaşvili Ukrayna vətəndaşıdır. Ukrayna ilə münasibətlərin korlanmaması, Qərbdən əlavə təzyiqlərin olmaması, demokratik görünmək üçün qələbəni elan etdikdən sonra M.Saakaşvili həbsdən buraxılacaq. Böyük ehtimal onu Ukraynaya ekstradisiya edəcəklər. Odur ki, sabiq liderin həbsdən buraxcılacağı tarix çox uzaqda deyil. Beləliklə, Saakaşvilinin ölkədə qalma variantının üstündən xətt çəkəcəklər. Onun həbsdə olması da, ölkədə qalması da problemdir. Çünki M.Saakaşvili seçiciləri yenidən mobilizasiya edib, hakimiyyətin əleyhinə işlər görə bilər".

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam