kanal1

Kapital Bank bu il məcburi köçkünlərin çörək pulundan 9 milyon MƏNİMSƏYİB? - İDDİA

Tarix:29-10-2021, 17:12
Baxış Sayı:37

Kapital Bank bu il məcburi köçkünlərin çörək pulundan 9 milyon MƏNİMSƏYİB? - İDDİA

Məcburi köçkünlərə verilən oktyabr ayı üzrə müavinətdən yenə 5 manat tutulub.

Bu barədə Bizim.Media-ya bir neçə məcburi köçkün məlumat verib.

Dediklərinə görə Kapital Bank artıq bu il üçüncü dəfədir ki, məcburi köçkünlərə verilən müavinətdən qeyri-qanuni haqq tutur. Birinci tutulma mart, ikinci tutulma isə may ayında olub. Bir ildə üçüncü dəfə müavinətin tutulması məcburi köçkünləri özlərindən çıxarıb.

Şikayətçilərin sözlərinə görə birinci tutulmada Kapital Bank tərəfindən əsas gətirilmişdi ki, müavinət guya bank xidmətləri üçün çıxılıb:

“Halbuki bu xidmət ildə bir dəfə olur. Artıq üçüncü dəfədir ki, çörək pulumuzu kəsirlər. Hər kartdan 5 manat, tək adamdan isə 3 manat müqabilində pul tutulur. Belə şey olar? Niyə rəsmi qurumlar susur və bu məsələni yoluna qoya bilmirlər. Banka gedirsən deyir xidmət haqqıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə müavinətin kəsilməsinin onlarlıq olmadığını deyir. Hara gedək, kimə müraciət edək?”, - deyə bir neçə məcburi köçkün gileylənib.

Təxminən 600 minə qədər məcburi köçkünün plastik kartla çörək pulu aldığını nəzərə alsaq və hər kartdan ildə 3 dəfə 5 manat mənimsənilməsi 9 milyon manat vəsait edir. Tək adama verilən müavinətdən isə çıxılan 3 manatları da üstünə gəlsək, kifayət qədər vəsait yaranır.

Qeyd edək ki, ötən dəfəki tutulmalarda da Kapital Bank məsələyə susqunluq nümayiş etdirmişdi. Bu dəfə də bankın rəsmisi Pərviz Sədrəddinov sorğumuzu cavabsız qoyub.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi saytımıza açıqlamasında müavinətin kəsilməsinin onlarlıq olmadığını qeyd edib.

Komitə müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsaitin onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürüldüyünü bildirmişdi.

"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Muxtar Babayev vəzifəsindən azad edildi
Muxtar Babayev vəzifəsindən azad edildi
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto