kanal1

Milyonları ölkədən BELƏ ÇIXARIR... - İLGİNC İDDİA

Tarix:28-10-2021, 13:47
Baxış Sayı:33

Milyonları ölkədən BELƏ ÇIXARIR... - İLGİNC İDDİA

"AZAL" rəhbəri Cahangir Əsgərovun Gürcüstanın Batumi şəhərindəki milyonluq otelinin fotosu yayılıb.

Qafqaz.media yazır ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, C.Əsgərovun Tiflisin mərkəzində də 2 ədəd iri oteli mövcuddur. Bunlar aşağıdakılardır:

- Otel "Grand Gloria" (Böyük Qələbə) adlanır. Gürcüstan Ədliyyə Nazirliyindən əldə olunmuş reyestr çıxarışına görə, 31 milyon dollar investisiya dəyəri olan "GRAND GLORİA" oteli 2010-cu fevralın 16-da Tiflisin Krtsanisi rayonu, Gorgasali küçəsi 3 hüquqi ünvanında qeydiyyatdan keçmiş GLORİA LLC-nin mülkiyyətindədir.

- 168 otaqlı otelin 100-dən artıq personalı var. Gürcüstan hökumətinin ilk başdan Əsgərovlar ailəsi qarşısında qoyduğu şərtə görə, otelin tikintisi (200 nəfər işçi çalışıb) və idarəçiliyində işçilərin 90 faizi Gürcistan vətəndaşları olmalıdır.

Xatırladaq ki, dünyanın ən bahalı aviaşirkətlərindən olan və regionda ən bahalı biletləri müştərilərinə satan “AZAL” hələ 2018-ci ili 208 milyon manat "zərərlə" başa vurub. Hər il dövlət büdcəsindən bu şirkətə külli-miqdarda dotasiya vəsaitlər ayrılır.

Qafqaz.media

P.S. Onu da xatırladaq ki, “AZAL” şefi təkcə var-dövləti, milyonluq otelləri deyil, son günlər həm də “olmayan bığı” ilə də gündəmdədir. Hansı ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Azərbaycana səfəri zamanı “AZAL” şefindən bığını niyə qırxdırdığını soruşmuş, Azərbaycanın dövlət başçısı İlham Əliyev isə “bığı tökülüb” deyə kənardan replika atmış və bu, ətrafdakıların gülüşünə səbəb olmuşdu. C.Əsgərovun özü də etiraf etmişdi ki, cavanlıqda bığ saxlasa da, yaşlaşdıqca bığı tökülüb… //teref.az//

"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Muxtar Babayev vəzifəsindən azad edildi
Muxtar Babayev vəzifəsindən azad edildi
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto