kanal1

DİM-in “anoloqu” olmayan İMTAHAN SİSTEMİ... - “Bu milli faciənin başında Məleykə Abbaszadə durur”

Tarix:27-10-2021, 17:51
Baxış Sayı:26

DİM-in “anoloqu” olmayan İMTAHAN SİSTEMİ... - “Bu milli faciənin başında Məleykə Abbaszadə durur”

Dövlət İmtahan Mərkəzi bəzi ixtisaslar üzrə dəyişiklik edib.

DİM sədri Məleykə Abbaszadə qeyd edib ki, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir:

“Yəni “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib. Bu da abituriyentlər üçün əlavə imkan deməkdir. Universitetlərin tələbləri də nəzərə alınaraq, elə şəxslər oxumalıdır ki, coğrafiyadan orta məktəb səviyyəsində biliklərə malik olsunlar. Müzakirələr aparılır, 2022-2023-cü ildə I qrupda informatika üzrə ixtisasını seçən abituriyentlər həmin qrupda kimyadan yox, informatika fənnindən imtahan versinlər”.

Qeyd edək ki, son vaxtlar qəbul imtahanlarının birbaşa buraxılış imtahanı ilə əvəz edilməsi, coğrafiya fənninin imtahan fənni kimi çıxarılması, bəzi ixtisasların ləğvi barədə müxtəlif fikirlər səslənir.

DİM tərəfindən qəbul imtahanları ilə bağlı mövcud dəyişiklik nəyə hesablanıb?

Ümumiyyətlə, ali məktəblərə qəbul sistemində tez-tez dəyişiklik məqbuldurmu?

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, Dövlət İmtahan Mərkəzi 30 ildir yaranmasına baxmayaraq, apardığı bütün dəyişikliklər kosmetik xarakter daşıyır:

“Təhsilin və yaxud abituriyentlərin, ölkənin gələcəyi üçün heç bir əhəmiyyəti yoxdur. Bu gün “Regionşünaslıq”ın III qrupa keçirilməsi, yaxud coğrafiya fənninin salınması sadəcə repetitorluğun genişlənməsinə gətirib çıxaracaq. Bunun hər hansı islahatla əlaqəsi yoxdur. DİM dünyada yeganə imtahan modeli olan qrup imtahanları keçirir. Dünyada ikinci belə bir model yoxdur ki, hansısa bir ölkədə abituryent bir qrup üzrə 8-15 yer yazsın, hansına düşər düşsün. Bu, Azərbaycan gəncinin heysiyyatı ilə oynamaqdır. Dəfələrlə DİM-ə öz təkliflərimizi vermişik. DİM-də arada bəzi kosmetik dəyişiklik edir. Növbəti “Regionşünaslıq” və coğrafiya fənni ilə bağlı dəyişiklik nə verəcək? DİM-in keçirdiyi qrup imtahanının özü problemdir. Azərbaycan gənci yeganə gəncdir ki, hər 100 nəfərdən 95 nəfəri arzulamadığı, heç xəyalına gəlməyən ixtisaslar üzrə oxuyur. Sonra da əmək bazarında yer tapa bilmir. DİM hansısa bir dəyişiklik etmək istəyirsə, buradan başlasın. Ölkədə 40-dan çox ali təhsil müəssisəsi var. Elə ixtisaslar var ki, onlarla ali məktəb həmin ixtisas üzrə kadr hazırlayır”.

Ekspert deyib ki, qrup imtahanları ləğv edilib, ixtisas üzrə imtahan keçirilməlidir: “Bununla bağlı DİM nümayəndələri ilə bağlı görüşdə də demişik və onlar da təsdiq ediblər ki, dünyada ikinci bir anoloq yoxdur ki, qrup imtahanları ilə imtahan keçirilsin. Mən çox arzu edərdim ki, DİM rəhbəri Məleykə Abbaszadə bu məsələyə diqqət etsin və doğrudan da dəyişiklik etmək istəyirsə, buradan başlasın. Gənclərin arzuladığı ixtisasa daxil ola bilməməsi və əmək bazarında iş tapmaması sadəcə bir problem deyil, milli faciədir. Bu milli faciənin başında duran isə Məleykə Abbaszadə və Dövlət İmtahan Mərkəzidir. DİM-in imtahanların özünün məzmunu əsas şərt olmalıdır. Mövcud dəyişiklik təhsilə və əmək bazarına heç nə verməyəcək. Çünki biz yanlış yoldayıq və seçim problemi var. İndiki dəyişikliklər bizə heç nə vermir. Azərbaycan gənci arzuladığı ixtisas üzrə oxuya bilmirsə və gedib əmək bazarında özünü tapmırsa, hansısa fənnin, ixtisasın yerini dəyişmək uşaqların “evcik-evcik” oyunundan başqa bir şey deyil”.

Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."