kanal1

İDDİA! Azərbaycanda icra başçısı maşınla adam vurub,ərazidən qaçdı

Tarix:25-10-2021, 08:29
Baxış Sayı:38

İDDİA! Azərbaycanda icra başçısı maşınla adam vurub,ərazidən qaçdı

Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb...

Dünən axşam saatlarında Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidov yol qəzası törədib. Bu barədə Neftçaladan PİA.az-a verilən məlumatda qeyd olunub. Məlumata görə icra başçısı axşam saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi "Toyota Camry" markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsa aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.

Baş verən hadisə ilə bağlı bir neçə mənbə PİA.az-a bildiriblər ki, başçı Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb.

Əldə etdiyimiz məlumata görə hadisəni törədən maşının nömrəsini də polisə hadisə şahidləri verib. Araşdırmadan sonra məlum olub ki, həmin maşın icra başçısı Mirhəsən Seyidova aiddir.

Polisdəki mənbəmiz bildirib ki, buna baxmayaraq Neftçala polis şöbəsinin rəisi prinsipiallıq nümayiş etdirib və işin axıra qədər araşdırılmasını tapşırıb. İcra başçısının evinə gələn polislər başçının maşınına baxış keçirmək istərkən, başçı onlara mane olmaq istəyib. Lakin polisin prinsipiallığı nəticəsində Mirhəsən Seyidovun həyətində hadisəni törədən maşın aşkarlanıb və sənədləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb. Baş verənlərlə bağlı mərkəzi qurumlara məlumat verilib. Hazırda hadisə ilə bağlı polis tədqiqatı davam edir.

Qeyd edək ki, hadisənin daha geniş təfərrüatları ilə bağlı sabah məlumat verəcəyik.

Xatıqrladaq ki, Mirhəsən Seyidov 2020-ci ilin martın 5-də ölkə prezidentinin sərəncamı ilə Neftçala rayon İcra Hakimiyyətinin baçısı təyin olunub. O ölkənin ən gənc icra başçısıdır. Bu vəzifəyə təyin olunurkən 31 yaşı vardı.

Bəzi iddialara görə Mirhəsən Seyidov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adamıdır. Məlumat yenilənəcək.
İDDİA! Azərbaycanda icra başçısı maşınla adam vurub,ərazidən qaçdı

(pia.az)

Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."