kanal1

Milli Depozit Mərkəzinin TENDER OYUNU - Satınalmada Eldar Mahmudov izi

Tarix:21-10-2021, 09:10
Baxış Sayı:19

Milli Depozit Mərkəzinin TENDER OYUNU - Satınalmada Eldar Mahmudov izi

Milli Depozit Mərkəzi 2021-ci ilin iyul ayının 29-da "Milli Depozit Mərkəzi üçün kompüter, server, şəbəkə avadanlıqları, proqram təminatları və lisenziyaların satın alınması" lotu üzrə tenderə yekun vurub.

Tenderin məbləği 414. 478 manat, qalibi isə "B2B GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"B2B GROUP" MMC 2019-cu ilin aprel ayının 19-da təsis edilib.

On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 26, mənzil 89 ünvanıdır.

Şirkətin qanuni təmsilçisi Sumqayıt şəhər sakini Bəşirov Ramal Bəşir oğludur.

Arqument.az-ın araşdırması zamanı məlum olub ki, 2019-cu ildə yaradılan "B2B GROUP" MMC-nin himayədarı böyük əlaqə və informasiyalara malik şəxsdir. Bu şirkətin əsl sahibinin isə 2015-ci ildə prezident İlham Əliyev tərəfindən ləşğv edilən milli təhlükəsizlik nazirinin birinci müavini general Elçin Əliyev olduğu iddia edilir.

İddialara görə, "B2B GROUP" MMC-nin yüz min manatlarla məbləği olan dövlət satınalmalarında qalib elan edilməsinin səbəbi Eldar Mahmudovun ən yaxın kadrlarından hesab edilən Elçin Əliyevin güclü əlaqələri olmasıdır.

Milli Depozit Mərkəzinin sözügedən tenderində də məhz bu səbəbdən "B2B GROUP" MMC-nin qalib elan edildiyi deyilir.

"Arqument.az" mövzu ilə bağlı avqustun 4-də ( 2021-ci il) Milli Depozit Mərkəzinin sədri Adışirin Qasımova sorğu göndərib, lakin 3 ay vaxt keçməsinə baxmayaraq, sorğuya cavab verilməyib.

“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
 KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
 KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! -TƏFƏRRÜAT
Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! -TƏFƏRRÜAT
“RR Constructions”dan qalmaqallı addım: Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var
“RR Constructions”dan qalmaqallı addım: Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video