kanal1

Bələdiyyə sədrindən Şəhid ailəsinə hörmətsizlik – Qaxda Şəhidin məzarını ziyarət etməyə izn verilmədi

Tarix:13-10-2021, 09:42
Baxış Sayı:24

Bələdiyyə sədrindən Şəhid ailəsinə hörmətsizlik – Qaxda Şəhidin məzarını ziyarət etməyə izn verilmədi

44 günlük İkinci Qarabağ Müharibəsində 29 Şəhid verən Qax rayonunda Şəhid və Qazi ailələrinə hörmətsizlik barədə faktlar gündəmdən düşmür. İcra başçısı Musa Şəkiliyevin Şəhid ailələrinə laqeydliyi rayondakı digər məmurlar üçün də “yol xəritəsinə” çevrilib. İcra başçısından pis örnək götürən məmurlar da yerlərdə Şəhidlərə hörmətsizliklərini açıq şəkildə nümayiş etdirirlər.
Bələdiyyə sədrindən Şəhid ailəsinə hörmətsizlik – Qaxda Şəhidin məzarını ziyarət etməyə izn verilmədi

Belə ki, Qax rayonu Qum kəndinin bir qrup sakini redaksiyamıza müraciət edərək, 11 Oktyabrda QUm kəndində baş vermiş utancverici bir hadisəni işıqlandırmağımızı istəmişlər. Müraciətdə deyilir: “Qax rayonu Qum kənd bələdiyyəsinin sədri Fərid Həşimov hər zaman özünün qanunsuz əməlləri ilə gündəmə gəlib. Kənd camaatına hər zaman hörmətsizcə yanaşan Fərid Həşimov artıq ötən gün həddini aşıb. 11 Oktyabr kəndimizin şəhidi Fərid Ramazanovun şəhidlik zirvəsinə ucalmasının 1 ili tamam olur. Bununla bağlı şəhidin yaxınları, kənd camaatı Şəhidin qəbrini ziyarət edib. Bələdiyyə sədri və icra nümayəndəsinin katibi Şakir Ramazanov Şəhidin qəbrini ziyarətə gələn məktəbliləri oradan uzaqlaşdırıblar. Səbəb kimi isə “karantin qaydalarını” əsas gətiriblər.
Fərid Həşimov və icra nümayəndəliyinin vəzifəli şəxslərinin Şəhidlərə qarşı hörmətsizliyi bununla kifayətlənmir. Kəndin mərkəzində Şəhidlər üçün salınmış abidə-komplekdə təmir işləri aparılan zaman adları çəkilən şəxslərin də iştirakı ilə hər gün içki məclisi təşkil olunub. Bunu hər hansı başqa yerdə deyil, məhz Şəhidin qəbri və digər şəhidlərin abidəsinin ətrafında ediblər.”

Adıçəkilən məsələ ilə bağlı Qum kənd bələdiyyəsinin sədri ilə əlaqə saxlamağa çalışdıq, lakin Fərid Həşimov iş saatı olmasına baxmayaraq, telefon zənglərimizə cavab vermədi. //qax.org.az//

Onud a qeyd etmək istəyirik ki, Şəhid və Qazi ailələrinə hörmət etmək hər bir vətəndaşın borcudur. Səlahiyyət sahiblərinin isə həm də borcudur.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl