kanal1

"Azəriqaz" fermerlərin QƏNİMİNƏ ÇEVRİLİB... - Bahalaşma buna görə imiş...

Tarix:12-10-2021, 10:20
Baxış Sayı:17

"Azəriqaz" fermerlərin QƏNİMİNƏ ÇEVRİLİB... - Bahalaşma buna görə imiş...

Son aylar bazarlarda pomidor, xiyar və başqa tərəvəz məhsullarının kəskin bahalaşması müşahidə edilir. Bu isə geniş əhali kütləsi üçün adıçəkilən tərəvəzləri (pomidorun 1 kq 3-4 manat) əlçatmaz edir. Yüksək qiymət artımımın dəqiq səbəbləri rəsmən açıqlanmır. Amma məlum olub ki, istixana biznesi ilə məşğul olan sahibkarların bir hissəsi üçün ciddi süni əngəllər yaradılıb, bu səbəbdən də onlar bazara məhsul çıxara bilmir.

AzToday.az xəbər verir ki, Şəmkir rayonunda istixana sahibkarlarının üzləşdiyi özbaşınalığa daha biri əlavə olunub. Belə ki, ötən il bəlli səbəblərdən (inzibati qurumların məhsulun Rusiyaya aparılmasına yaratdığı əngəllər, pandemiya, müharibə və s.) ciddi ziyana düşən sahibkarların istixanalarına “Azəriqaz” qaz təhcizatını dayandırıb. Sahibkarların əlində məhkəmə qərarları olsa da Şəmkir Regional Qaz İstismar İdarəsi qanunlara meydan oxuyaraq qaz təhcizatını bərpa eləmək istəmir. Məhkəmə qərarlarının icraçılarına belə qaz idarəsi hörmətsizlik nümayiş etdirir. Nəticədə isə sahibkarların yetişdirdiyi məhsul elə istixanadaca zay olur.

Dövlət başçısına müraciət edən sahibkarlar dəymiş maddi ziyana görə “Azəriqaz”ı məhkəməyə verəcəklərini bildirirlər. Bununla belə qeyd etmək lazımdlır ki, istilik propblemini həll edə bilməyən sahibkarlar hər gün külli
miqdarda ziyana düşürlər. İş adamlarına isə işləyib borcları ödəmək imkanı belə tanınmır. Tələb qarşısında təklifin azalması isə qiymət artımına səbəb olur. Nəticədə geniş əhai kütləsi gündəlik istifadı etdiyi xiyar və pomidoru ala bilmir…

Sahibkar Alik Süleymanov üzləşdiyi özbaşınalıqla bağlı video müraciət edib və istixanasında məlum səbəblərdən məhsulunun zay olmasını görüntüləyib.

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl