kanal1

"Bakı Metropoliteni" 3,7 milyonluq tenderi qanunsuz keçirib? – Qurum bu suala cavab vermir...

Tarix:5-10-2021, 14:39
Baxış Sayı:63

"Bakı Metropoliteni" 3,7 milyonluq tenderi qanunsuz keçirib? – Qurum bu suala cavab vermir...
"Bakı Metropoliteni" QSC tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Baku Steel Company” MMC (VÖEN- 1501481481) olub.
“Baku Steel Company” “Bakı Metropoliteni” QSC-yə armatur və katanka satacaq. “Bakı Metropoliteni” QSC satın alacağı armatur və katanka üçün “Baku Steel Company”-yə 3 milyon 716 min 999 manat 41 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, "Bakı Metropoliteni"nin 3,7 milyon manatlıq tenderinin qalibi olan “Baku Steel Company”nin dövlət büdcəsinə 2 milyon 209 min 386 manat vergi borcu var.
Qeyd edək ki, tender müsabiqəsinin nəticəsi açıqlanan zaman (21.09.2021-ci il) “Baku Steel Company”nin vergi borcu 6 milyon 30 min 36 manat 28 qəpik olub.
Maraqlıdır ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Lakin, bu tələblərə baxmayaraq hazırda dövlət büdcəsinə böyük həcmdə vergi borcu olan “Baku Steel Company” tenderin qalibi elan olunub.
Eyni zamanda qeyd edək ki, tender müsabiqəsilə bağlı məlumatlar dövlət satınalmaları vahid internet portalına yerləşdirilməyib.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən münasibət öyrənməyə çalışsaq da bu mümkün olmadı. Qurumun mətbuat xidmətinin rəhbəri yazılı müraciət etməyimizi tələb etdi. Yazılı müraciətimizə isə 2 həftədən atıq müddət keçsə də cavab verilməyib.
Onu da bildirək ki, “Baku Steel Company” şirkətinin sabiq direktoru Rasim Məmmədov bu ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Rasim Məmmədov AMEA prezidenti Ramzi Mehdiyevin oğlu - fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevin və kürəkəni İlham Əliyevin şikayəti əsasında saxanılıb. Rasim Məmmədovun bu şəxslərlə biznes şərikliyinin olduğu bildirilir.

"Bakı Metropoliteni" 3,7 milyonluq tenderi qanunsuz keçirib? – Qurum bu suala cavab vermir...
"Bakı Metropoliteni" 3,7 milyonluq tenderi qanunsuz keçirib? – Qurum bu suala cavab vermir...

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb? -İDDİA
"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb? -İDDİA
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT
Bağırov qardaşlarının “Soliton LTD” şirkəti cərimələndi
Bağırov qardaşlarının “Soliton LTD” şirkəti cərimələndi
DİREKTORUN ÖZBAŞINALIĞI - Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməlləri təhsilə böyük zərbə vurur
DİREKTORUN ÖZBAŞINALIĞI - Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməlləri təhsilə böyük zərbə vurur
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO