kanal1

Aqil Niftəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Tarix:20-09-2021, 11:20
Baxış Sayı:261

Aqil Niftəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

İşgüzar fəaliyyəti ilə yerli sakinlərə göstərdiyi diqqət və qayğı artdıqca, hər kəsin Aqil Niftəliyevə qarşı münasibəti də artmaqda davam edir

Bugünkü yaşadığımız cəmiyyət hər kəs üçündür, ona görə də, gənclər, orta nəslin nümayəndələri, ahıllar və digər yaş həddində olanlar, ictimai həyatımızda baş verən inkişaf proseslərində yaxından iştirak etməlidirlər. Belə bir proseslərdə yaşlıların həyat təcrübəsindən, onların bilik və bacarıqlarından bəhrələnmək, nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək və s. kimi addımları atmaq olduqca əhəmiyyət kəsb edir. Onu da bildirək ki, qədim zamanlardan ağsaqqallar, ahıl insanlar yaşadıqları cəmiyyətin ən hörmətli və müdrik insanları hesab olunmuşlar. Onlara cavanlar, böyüklər hər zaman hörmətlə yanaşıb, fikirləri ilə də hesablaşıblar. Qocaların sərvəti onların həyat təcrübəsindədir və onlara qulaq asıb dediklərinə əməl etməklə, məhz bu sərvətə sahib olmaq mümkündür.

Hər kəsə bəllidir ki, mərhum prezidentimiz, xalqımızın ulu öndəri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında əsasını müəyyən etdiyi sosial-iqtisadi islahatlar, bu gün cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Atılan addımların nəticəsidir ki, hal-hazırda ölkəmizin bütün sahələrində sürətli sosial-iqtisadi inkişafa və digər uğurlara nail olunmuşdur. Yəni, ötən illər ərzində Azərbaycan özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, böyük iqtisadi inkişafa imza atmışdır. Fakt budur ki, ölkəmizin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində sürətli inkişaf prosesi və s. bu gün də özünü göstərməkdədir. Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır. Haqqında bəhs etdiyimiz da, məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. Bir müddət bundan öncə adı çəkilən kənddə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, Ağsu Yol İstismar İdarəsinin rəisi Aqil Niftəliyev üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağsu Yol İstismar İdarəsinin rəisi Aqil Niftəliyevdir.

Ağsu Yol İstismar İdarəsinin rəisi Aqil Niftəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Aqil Niftəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Aqil Niftəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Aqil Niftəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Aqil Niftəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Aqil Niftəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağsu Yol İstismar İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR