kanal1

"Pərviz Abbasova pul verməmişəm. Quzu gətirmişdim, onu da qaytardı" - "Yeni Klinika" işi

Tarix:6-09-2021, 21:25
Baxış Sayı:43

"Pərviz Abbasova pul verməmişəm. Quzu gətirmişdim, onu da qaytardı" - "Yeni Klinika" işi

“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru və digərləri barəsində olan cinayət işi məhkəmə araşdırması davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər ifadə verib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində ifadə verən Samir Mirzəyev bildirib ki, klinikanın direktoru Pərviz Abbasov onun qardaşının sinif yoldaşı olub.

Pərviz Abbasovla yaxın münasibətlərinin olduğunu, avtomobil alışı-satışı zamanı ona kömək etdiyini deyən Samir Mirzəyev klinikaya xəstə yerləşdirilməsi məsələsini də izah edib.

Samir Mirzəyev söyləyib ki, özü və atası koronavirusa yoluxanda həmin klinikaya yerləşdiriliblər. Özü və atası müalicə alaraq sağalıb.

Onun sözlərinə görə, klinikadan ayrıldıqdan sonra bu əlaqədən istifadə edərək klinikaya xəstə yerləşdirməyə başlayıb:

“Əvəz mənə müraciət etdi. Mən də Pərviz həkimdən yaxın bir adamın vəziyyətinin ağır olduğunu deyərək ondan xahiş etdim. Pərviz həkim xəstənin klinikaya yerləşdirilməsinə icazə verdi. Mənim buna görə kimdənsə pul almağımdan həkimin xəbəri olmayıb. Sadəcə, bu vəziyyətən istifadə etmişəm. Sonra da başqaları üçün həkimə müraciətim olub.

Bir məsələni də qeyd edim ki, hətta atam xəstəxanadan çıxandan sonra rayondan bir quzu kəsdirib gətirmişdim. Həkimə verdim, amma götürmədi”.

Suallara cavab verən Samir Mirzəyev istintaqda təzyiqlə üzləşdiyi üçün Pəviz Abbasovun əleyhinə ifadə verdiyini vurğulayıb. O, Pərviz Abbasovdan xəstələrin klinikaya yerləşdirilməsi üçün heç bir göstəriş almadığını, ona pul vermədiyini söyləyib.

S.Mirzəyev özünü qismən təqsirli bilib və əməlindən peşman olduğunu deyib.

Təqsirləndirlən Əvəz Hüseynov isə ifadəsində özünü qismən təqsirli bilib. Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsində çalışmış Əvəz Hüseynov ifadəsində digər təqsirləndirilən şəxsləri necə tanıması, “Yeni Klinika”ya hansı yollarla xəstələr yerləşdirməsi haqda danışıb.

Əvəz Hüseynov deyib ki, atası həmin klinikada koronavirus infeksiyasına görə müalicə alıb. Buna görə heç bir ödəniş etməyib. Xəstəxanadan çıxarkən direktor Pərviz Abbasova təşəkkür edib.

Onun sözlərinə görə, kəndlərində atasını həmin klinikaya yerləşdirdiyini biləndən sonra onun klinikanın rəhbərliyi ilə münasibətinin olması haqda fikirlər yaranıb. Amma o, Pərviz Abbasovla bircə dəfə görüşdüyünü, ona klinikaya xəstə yerləşdirilməsi ilə bağlı heç vaxt müraciət etmədiyini deyib.

Ə.Hüseynov ifadəsində yalnız təqsirləndirilənlərdən Samir Mirzəyevi tanıdığını deyib. O, bildirib ki, klinikaya xəstələri Samir Mirzəyev vasitəsilə yerləşdirib.

Vüsalə Əliyeva ilə əlaqələrindən danışan Əvəz Hüseynov bunları söyləyib: “Bir gün mənə Nailə adlı bir xanım zəng elədi. Dedi ki, bir xəstəni klinikaya yerləşdirmək lazımdır. Mən buna etiraz etdim. Hətta xanıma dedim ki, bir də mənə zəng etsəniz, sizə kobud cavab verəcəm. Bir müddət sonra adının Vüsalə olduğunu bildiyim bu xanım zəng elədi. Vüsalə xanım mənimlə mülayim danışdı, xəstənin təcili klinikaya yerləşdirilməli olduğunu dedi. Mən də insanlıq naminə razılaşdım”.

Ə.Hüseynovun ifadəsində müəyyən ziddiyyətlər olub. O, ilk olaraq deyib ki, kimisə xəsətxanaya yerləşdirməkdə maddi marağı olmayıb. Sonra isə qeyd edib ki, pulları xəsətəxana xərcləri üçün alırmış. Daha sonra isə maddi maraq üçün həmin pulları aldığını təsdiqləyib.

Onun sözlərinə görə, Vüsalə Əliyeva xəstələrin şəxsiyyət vəsiqəsini ona göndərib. Amma pul ödənilmədiyi halda xəstəni klinikaya yerləşdirməyiblər. Yəni, işi nağd şəkildə görüblər.

Əməlindən səmimi peşman olduğnu deyən Ə.Hüseynov ittihamda göstərildiyi qədər pul almadığını, xəstələrdən alınan pulu geri qaytarmağa hazır olduğunu deyib və xəstəliyinin nəzərə alınaraq bağışlanmasıını istəyib.

Xəstələrin yaxınlarından 2000-2500 manat tələb edildiyini etiraf edən Ə.Hüseynov həmin məbləğin 1000 manatının özünə çatdığını deyib və qeyd edib ki, Vüsalə Əliyevanın xəstələrdən konkret olaraq nə qədər almasından xəbərsiz olduğunu deyib.

Suallara cavab verən Əvəz Hüseynov Pərviz Abbasovla görüşmədiyini, ona xəstələrin klinikaya yerləşdirilməsi üçün pul vermədiyini deyib. O, bu işi sadəcə Samirlə gördüyünü bildirib.

Məhkəmə araşdırması davam edir.

Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.

Həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və "Viola" MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsibdə çalışıb. Samir Miriyev isə işsiz olub.

Adı çəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.

Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."