kanal1

Bakı və Abşeron TƏBİB-dən alındı: İki qurum arasındakı savaş vətəndaşların başında çatladı

Tarix:4-09-2021, 22:10
Baxış Sayı:35

Bakı və Abşeron TƏBİB-dən alındı: İki qurum arasındakı savaş vətəndaşların başında çatladı


Paytaxt Bakı və Abşeronda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətləri sonlandırılıb.

TƏBİB-in əlindən alınan ərazi bölmələri səhiyyə nazirliyinin tabeliyinə verilib.

TƏBİB-in “40-ı çıxmamış” səhiyyə nazirliyi Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə vakansiya da elan edib.

Yaradıldığı ilk gündən etibarən nazirliklə TƏBİB arasında gedən “səlahiyyət savaşı” zaman-zaman mətbuata yansımış, xəstəxana baş həkiminin bir gündə iki dəfə dəyişdirilməsi halları yaşanmışdı.

Vəzifəsi vətəndaşların sağlamlığını qorumaq, tibbi xidmətdən yararlanmağı asanlaşdırmaq olan bu iki qurum ilkin məqsədlərindən uzaqlaşdırılaraq mənafe savaşının meydanına çevrilib.

Səlahiyyət məsələsindəki qeyri-müəyyənlikdən zərərli çıxanlar isə, təbii ki, vətəndaşlar olur. Səhiyyədə hökm sürən pərakəndəlik vətəndaşlara göstərilən xidmət səviyyəsini aşağı salır, yaranmış problemləri qurumlar bir-birinin üzərinə ataraq məsuliyyətdən yayınırlar.
Bakı və Abşeronun TƏBİB-dən alınması onu göstərir ki, nazir vəzifələrini icra edən Teymur Musayev sələfindən fərqli olaraq nazirliyin itirilmiş mövqelərini geri qaytarmaq üçün əməli fəaliyyət keçib.

Xeberxetti.com

Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?
Azərbaycanda sosial müavinətlər artırılıb
Azərbaycanda sosial müavinətlər artırılıb
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır
SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır
Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubova qadağa -SƏBƏB
Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubova qadağa -SƏBƏB
“Coffeemania” qaydaları pozdu
“Coffeemania” qaydaları pozdu
 Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
 Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...