kanal1

"Bir müddət sonra isə bizə dedilər ki, Bakıdan rədd cavabı gəlib..." - GİLEY

Tarix:27-08-2021, 09:00
Baxış Sayı:10

"Bir müddət sonra isə bizə dedilər ki, Bakıdan rədd cavabı gəlib..." - GİLEY

Sabirabad rayon Yenikənd kənd sakini İxtiyar İsmayılov əqli xəstə olan qardaşı Şahin Bəxtiyar oğlu İsmayılovun 13 aydır əlillik müavinəti ala bilmədiyini deyir.

Bizimyol.info saytına müraciət edən İxtiyar İsmayılov bildirib ki, 2020-ci ilin iyul ayına qədər qardaşı Şahin İsmayılova görə, dövlətdən 200 manat alırdılar.

“150 manat onun özünə görə, 50 manat da baxıcı pulu olaraq. Bu pul böyük məbləğ olmasa da, Şahinin dərmanlarını, gündəlik tələbatlarını qarşılamağa yardımçı olurdu. Lakin Şahinin 18 yaşı tamam olandan sonra, müavinət kəsildi və hara getsək də, bu müavinəti bərpa edə bilmədik. Dəfələrlə Bakıya gəlib-getmişik, qardaşım xəstə uşaqdır, hər dəfə yol keçəndə qorxuram ki, indi özünü atacaq maşının altına... Sizdən xahiş edirəm, bu məsələnin həllinə kömək edin”, - deyə İ.İsmayılov deyib.

O qeyd edib ki, ötən il iyul ayında Şahin İsmayılov 15 gün Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında müayinə və müalicə keçib, ordan verilən rəyi də Sabirabad Şəhər Xəstəxanasının Poliklinikasına veriblər.
"Bir müddət sonra isə bizə dedilər ki, Bakıdan rədd cavabı gəlib..." - GİLEY

Şahin İsmayılov

“Bir müddət sonra isə bizə dedilər ki, Bakıdan rədd cavabı gəlib, Şahin yenidən müayinə və müalicə keçməlidir. 2021-ci ilin yanvarın 15-də yenidən Şahini apardıq Salyandakı psixiatriya xəstəxanasına. Orda 15 gün yatdı, yenidən həkim rəyini Sabirabada gətirdik, bu dəfə isə bizi göndərdilər Bakıda Göz İnstitutunun yanında olan Respublika Əlillərin Bərpa Mərkəzinə. Ordan dedilər ki, yox, müavinətin bərpası üçün Şahin mütləq Maştağada olan 1 Saylı Respublika Psixiatriya Xəstəxanasında yatmalıdır. Şahinin 6 ayda 2 dəfə Salyanda müayinə və müalicə keçməsi hesaba alınmadı”, - deyə şikayətçi qeyd edib.

İ.İsmayılovun sözlərinə görə, artıq neçə aydır Sabirabad-Maştağa yolunda qalıb.

“Nə vaxt ora getsək, bizə deyirlər ki, indi yerimiz yoxdur, qəbul edə bilmərik. Artıq neçə aydır eyni cavabı eşidirəm. Düz 1 il 1 aydır ki, Şahinin müavinəti dayanıb, biz bilmirik dərdimizi kimə deyək”.

Məsələni ayırd etmək üçün, adıkeçən Respublika Əlillərin Bərpa Mərkəzinə və 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına zəng etdik. Təəssüf ki, hər iki nömrədə zənglərimizə cavab verən olmadı.

Məsələni araşdırmağa, vətəndaşın probleminin həllinə yardımçı olmağa çalışacağıq.

“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video