kanal1

“HB Güvən" klinikasında dəhşət saçan TEST OYUNLARI... - Dövlət də müdaxilə edə bilmir...

Tarix:26-08-2021, 11:45
Baxış Sayı:49

“HB Güvən" klinikasında dəhşət saçan TEST OYUNLARI... - Dövlət də müdaxilə edə bilmir...

Dünən xəbər saytlarında “HB Güvən" klinikasında götürülən covid testləri ilə bağlı maraqlı məlumat yayılıb. Məlumatda bildirilir ki, bu xəstəxanada ekspress “Covid” testləri götürülür və həmin testlərin nəticələri TƏBİB-in sistemində qeydə alınmır. Yəni, nəticənin neqavit və ya pozitiv çıxmasından aılı olmayaraq bunu yalnız vətəndaş özü biləcək. Nəticədə onun xəstə olması barədə məlumat ümumrespublika statistikasında da əksini tapmayacaq. Bu testlərin isə qiyməti 70 manatdır. Yox, əgər vətəndaş testin nəticəsinin TƏBİB-in sistemə düşməsini istəyirsə, bu zaman əlavə 30 manat da ödəməli olur.
Nəzərə alaq ki, sentyabrın 1-dən bir çox iaşə obyektlərində covid pasportu tələb ediləcək və həmin testi pozitiv çıxıb, sistemə yerləşdirilməyən şəxslər çox böyük problemlərlə qarşılaşacaqlar. Çünki onların xəstəliyi keçirmələrinə, bədənlərində antitel yaranmasına baxmayaraq, sistemdə qeydiyyata düşmədikləri üçün həmin şəxslərdən də peyvənd olunmaları tələb olunacaq. Bunun isə hansı fəsadlara yola biləcəyini düşünmək belə qorxuducudur.

Digər tərəfdən isə həmin ekspress testləri verən, nəticəsi müsbət çıxan, lakin sistemə adı yerləşdirilməyən şəxslər cəmiyyət üçün bibaşa təhlükədir. Çünki sistemdə adları olmadığı üçün istədikləri vaxt evdən çıxa, ictimai nəqliyyatdan istifadə edə, insanlarla ünsiyyətdə ola bilərlər.

TƏBİB rəsmisi isə bu qədər ciddi bir məsələyə açıqlama verərək bildirir ki, özəl klinikalarda test məsələsi TƏBİB-ə bağlı deyil və kimin nəzarət etdiyini bilmirlər.

Biz də bir ümidlə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Onlardan da aldığımız cavab heç ürək açan olmadı. Bildirdilər ki, özəl xəstəxana olduğu üçün Səhiyyə Nazirliyinin nəzarətində deyil.

O zaman sual yaranır ki, əgər nə TƏBİB, nə də Səhiyə Nazirliyinin nəzarətində deyilsə, niyə özəl xəstəxanalarda bu testlərin aparılmasına icazə verilir? Bir çox suallarımız kimi bu sualımız da cavabsız olaraq qalır. Çünki məsələnin vahid mərkəzi olmadığı üçün özbaşınalıq baş alıb gedir. //bizimyol.info//

“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video