kanal1

Bir poliklinika ilə bacarmayan Səhiyyə Nazirliyi... - FAKT BUDUR!

Tarix:25-08-2021, 08:21
Baxış Sayı:17

Bir poliklinika ilə bacarmayan Səhiyyə Nazirliyi... - FAKT BUDUR!

Bu günlərdə Bizimyol.info saytında 8 saylı şəhər poliklinikasında üzləşdiyi münasibətdən narazı qalan və əks-göstəriş arayışı ala bilməyən bir xanımın problemini qeyd etmişdik.
Həmin xanım – Lalə Məmmədova bildirmişdi ki, hamilə olduğuna görə, qeydiyyatda olduğu ərazidə yerləşən 8 saylı poliklinikaya müraciət edib. Həmçinin, qayınanası da peyvənd olunmalı idi və ona e-təbiblə növbə götürülmüşdü.

Uzun sözün qısası, Lalə xanım orda kobudluqla üzləşdiyini, məcbur qalaraq, qayınanasını Masazır poliklinikasına apardığını demişdi.

Biz dəfələrlə Səhiyyə Nazirliyindən münasibət öyrənmək istəsək də, alınmadı. Nə qaynar xətt 9103 işləyir, nə də nazirliyə zəng etdikdə robotdan başqa kimsə zənglərə cavab verir. Hətta daxili nömrə yığdıqda belə, nazirliyin telefonu reaksiya vermir. Displeydə daxili nömrələr yığırıq, robot isə təkrarlayır: “Daxili nömrəni bilirsinizsə, yığın, əks təqdirdə operatorun cavab verməsini gözləyin”.

Heç operatordan da səs çıxmadı. Növbəti gün biz 8 saylı Şəhər Poliklinikasının baş həkimi Tamilla Kərimova ilə əlaqə saxlaya bildik.

Tamilla xanım Lalə Məmmədovanı saxta arayış istəməkdə ittiham etdi. Yetərincə, ciddi ittihamdır. İkincisi, etiraf etdi ki, Lalə Məmmədovaya hamiləliyinə görə əks-göstəriş arayışı verməkdən imtina edib. Səbəbini hansısa əmrlə əlaqələndirdi, lakin biz o əmri tapmadıq, yaxud “qeydiyyat yerində arayış vermək olmaz” deyə əmrlə qarşılaşmadıq.

Tamilla xnaım bu problemi xoşluqla həll etmək əvəzinə, rəhbərlik etdiyi poliklinikaya müraciət etmiş vətəndaşa sanki “müharibə” elan etdi.

Həmin hadisədən 20 günə yaxın vaxt keçib. Bu gün Lalə xanımın qardaşı ilə danışdıq, məlum oldu ki, Lalə xanım hələ də əks-göstəriş arayışı ala bilməyib.

Sonradan onlar Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində bir nəfərlə danışıblar. Həmin şəxs isə onlara məsləhət görüb: “İnstagram hesabına yazın, sizin məsələnizə baxılacaq”.

Səhiyyə Nazirliyi gözəllik salonudur, yoxsa, hansısa özəl müəssisə?

Mən başa düşə bilmirəm, hər il milyonlarla manat vəsait elektron hökumət qurulmasına, dövlət qurumlarının müasirləşməsinə ayrılır... Lakin sən demə, müasirləşmə “instagram hesabı”nda imiş.

Əgər mənim yaşadığım, qeydiyyatda olduğum poliklinikada baş həkim məni qapıdan qovursa, nazirlik də əhəmiyyət vermirsə, TƏBİB isə ümumiyyətlə bu məsələdən narahat olmursa.... Onda bir yol qalır: qeydiyyatı dəyişmək – hansı rayonda üzümə xoş baxırlarsa, ora getmək. Hətta, imkanı olanlar xaricə qaçırlar... İndi onları anlayıram.
Bizimyol.info

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?