kanal1

1 saylı MTCÇM-nin “qara kassası” Faxrəddin Məmmədov: Azər Seyidov “ilanı Seyidəhməd ələ ilə tutur…”

Tarix:21-08-2021, 14:29
Baxış Sayı:90

1 saylı MTCÇM-nin “qara kassası” Faxrəddin Məmmədov: Azər Seyidov “ilanı Seyidəhməd ələ ilə tutur…”

“Yuxarıların” bu kimi neqativ hallara göz yumması isə belə düşünməyə əsas verir ki, Penitensiar Xidmətin yüksək eşelonunda onlara şərik olan havadarları var.

Bir neçə gün əvvəl Realmedia.az saytında Xaçmazdakı 1 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin fəaliyyətində müşahidə olunan neqativ hallardan, korrupsiya və rüşvətxorluqdan, müəssisənin rəhbərliyi tərəfindən yol verilən ayrı-ayrı ciddi qanun pozuntularından, müəssisə rəisinin Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun adından məhbuslardan “haqq” yığmasından bəhs edən səhih məlumatlara əsaslanan tənqidi məqalə təqdim etmişdik. Bütövlükdə sistemə qarşı qərəzimiz olmadığını ortaya qoymaq üçün ümumilikdə Ədliyyə Nazirliyinin bütün strukturlarında, o cümlədən, Penitensiar Xidmətdə həyata keçirilən mütərəqqi islahatları bəri başdan, yəni məqalənin preambulasında qeyd etmişdik.

Həmin məlumatlarda iddia olunurdu ki, Xaçmaz 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində dövlətin məhkumlara ayırdığı ərzaq məhsulları müəssisə rəisi tərəfindən mənimsənilir, ayrı ayrı yerlərdə satılır. Maddi imkanlı şəxslərin pul müqabilində aylığa (evlərinə) buraxılmaları adi hala çevirilib. Həmçinin, məntəqədən aylığa çıxmaq istəyən məhkumların əvvəlcədən və sonra da aybaay ödəməli olduqları rüşvətin qədəri də sadalanmışdı. Nəhayətdə, ümidimiz ifadə olunmuşdu ki, hörmətli Ceyhun müəllim ən qısa zamanda 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində yoxlamaların başlanılmasına göstəriş verəcək, aylığa buraxılan ev dustaqlarının hansı şərtlər altında buraxıldıqları və verdikləri aylıq haqlarının kimlərin cibinə girdikləri aşkarlanacaq, müəssisə rəisi barəsində yetərli tədbirlər görüləcəkdir.

Öyrənmişik ki, 1 saylı MTCÇM-nin rəis müavini, eyni zamanda “qara kassir” funksiyasını yerinə yetirən Faxrəddin Məmmədov həm də rəisi Azər Seyidovla yaxın qohumdurlar (onların bacanaq olduqları deyilir) ki, bu da “Korrupsiya haqqında” AR Qanununun 7-ci maddəsinə ziddir. Qohumların eyni sistemdə, biri digərinin tabeliyində işləməsi əlbəttə ki, çox vaxt onların korruptiv ortaqlığına gətirib çıxarır. “Yuxarıların” bu kimi neqativ hallara göz yumması isə belə düşünməyə əsas verir ki, Penitensiar Xidmətin yüksək eşelonunda onlara şərik olan havadarları var. Məlumatlarda həmçinin qeyd olunur ki, müəssisə rəhbəri Azər Seyidov ehtiyatlı adamdır, rüşvəti heç vaxt əlbəəl almır, necə deyərlər, “ilanı Seyidəhməd əli ilə tutur”. Görünən odur ki, Seyidəhməd rolunu bacanağı sayılan Faxrəddin Məmmədova həvalə edib. Tez-tez “seyidəhmədlərin” güdaza getməsini xatırlayanda adamın yadına yeddi bacanaq” haqqında rəvayət düşür. Başqa sözlə, belə çıxır ki, Azər Seyidov nə qədər mehriban qohum kimi özünü göstərsə də, gec-tez öz bacanağını da “xərcləməyi” gözə alıb.

Müşahidə olunub ki, Faxirəddin hər ay rəis müavini olduğu CÇM-dən “aylığa” buraxılmış, lakin paytaxt və Abşeron rayonlarında qeydiyyatda olan məhkumlarla Ceyranbatan qəsəbəsindəki körpünün altında görüşərək aylıq “haqqları” alır. “Aylıq haqq” deyəndə söhbət əlbəttə ki, bəri başdan alınmış və məhz PX rəisi Ceyhun Həsənova çatdığı deyilən 3000 manatdan deyil. Mütəmadi tələb olunan 100-180 manatdan gedir. Onsuz da Azər-Faxrəddin cütlüyünün PX rəisinə atdıqları bu böhtana heç kəs inanmır və bilirlər ki, çox hörmətli C.Həsənov bədbəxt məhkumun (məhkum yaxınlarının) puluna göz dikməyib. Amma inandılar – ya inanmadılar, neyləsinlər? “İçəridəki” arzuolunmaz şəraitdən zinhara gələn məhkumlara pulun tapıldığı təqdirdə kimə çatması, kimin adından yığılması maraqlı deyil, onlara nisbi azadlıq gətirə bilməsi maraqlıdır.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az

Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO