kanal1

Eldəniz Səlimov mandatı türməyə “ezamiyyət”lə əvəzləyəndən sonra Xaçmazda nələr baş verməkdədir

Tarix:20-08-2021, 18:06
Baxış Sayı:97

Eldəniz Səlimov mandatı türməyə “ezamiyyət”lə əvəzləyəndən sonra Xaçmazda nələr baş verməkdədir

Deyəsən, xaçmazlıların məmur və deputat sarıdan heç bəxti gətirmir. Eldəniz Səlimov mandatı türməyə “ezamiyyət”lə əvəzləyəndən sonra, hamı belə başa düşdü ki, həmin rayonda bir müddət məmurlar öz qınlarına çəkilər. Təəssüf ki, bunun əksini görürük.

Fotoda gördüyünüz bu şəxs Xaçmaz Regional Mədəniyyət İdarəsinin müdiri Vüsal Hüseynovdur. Xaçmazdan bizə yazırlar ki, onun
məmur özbaşınalığının kluminasiya nöqtəyə çatıb.

Bildirilir ki, Vüsal Hüseynov bu ilin fevral ayında anasının il mərasiminə gəlməyən işçiləri işdən qovub. (Allahdan anasına rəhmət diləyirik)

Əldə etdiyimiz məlumata görə işdən qovulanlardan biri də onun çox yaxın qohumlarından olub. Vüsal müəllim bundan əvvəl Quba rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri kimi çalışıb. Vüsal Hüseynovun həmin qurumdakı fəaliyyətinin də şəffaf olmadığı deyilir.

Vüsal Hüseynovun indiki vəzifəyə təyinatı isə mədəniyyət naziri Anar Kərimovun əmisi oğlu, Gənclər və İdman Nazirliyində sektor müdiri olan Kənan Kərimovun vasitəçiliyi ilə reallaşıb.

Arxası möhkəm olan məmur artıq rayonda istədiyi kimi rahat hərəkət edir və öz vəzifə səlahiyyətlərini aşmaqda heç bir problem yaşamır.

Məhəmmədəli Qəribli

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO