kanal1

Yardımlıda Şəhid ailəsi ACINACAQLI DURUMDA... - GİLEY

Tarix:19-08-2021, 09:42
Baxış Sayı:33

Yardımlıda Şəhid ailəsi ACINACAQLI DURUMDA... - GİLEY

Yardımlı rayon İcra Hakimiyyəti Köryədi kənd sakini I Qarabağ müharibəsi şəhidi Baloğlanov Yusif Mirzəhəsən oğlunun qardaşının vərəsəlik hüquqlarına etinasızlıq nümayiş etdirir. Ata-anasını itirmiş şəhid qardaşı Kamil Baloğlanovun sözlərinə görə, uzun illərdir ki, dövlət tərəfindən şəhid ailələrinə və onların yaxınları üçün nəzərdə tutulmuş hər hansı maddi imtiyaz və yardımdan məhrumdur.

Şikayətçinin dəfələrlə prezidentə və digər vəzifəli şəxslərə müraciətlərinə baxmayaraq, yerli qurumlar tərəfindən şəhidin böyüyüb boya-başa çatdığı evin təmiri və bərpasına heç bir diqqət göstərilmir. Qəzalı vəziyyətdə olan ev 1960-cı ildə çiy kərpicdən inşa edilib və hazırda uçmaq təhlükəsilə üz-üzədir. Şikayətçi heç olmazsa yeni bir otaqlı mənzilin tikilməsini arzulasa da, qardaşının adının əbədiləşdirilməsini istəsə də Yardımlı İHB-nin vəzifəli şəxsləri şəhidin ata-anasının, eləcə də həyat yoldaşı və övladının olmadığını bildirməklə şəhid qardaşının istəyinin əsassız olduğunu iddia edirlər. Halbuki şikayətçi 1994-cü ildə Ağdərə uğrunda gedən ağır döyüşlərdə şəhid olan qardaşının hazırda qanunla tanınan yeganə varisidir.
Şikayətçinin dediklərinə əsasən onu da xatırladaq ki, şəhidin anası 2005-ci ilədək həyatda olub, lakin həmin illərə kimi də ailənin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində hansısa müsbət addım atılmayıb.
Azərbaycan Respublikasının prezidentinin 2021-2025-ci illər ərzində ölkə üzrə bütün şəhid ailələrinin ev və ya mənzillə təminatına dair sərəncamına əsasən ümid edək ki, sözügedən şikayətçinin vərəsəlik hüquqlarına sayğılı yanaşılacaq, şəhid qardaşının evlə təminatına Yardımlı İHB tərəfindən diqqət ayrılacaq.
Demokratik.Az
Yardımlıda Şəhid ailəsi ACINACAQLI DURUMDA... - GİLEY
Yardımlıda Şəhid ailəsi ACINACAQLI DURUMDA... - GİLEY
Yardımlıda Şəhid ailəsi ACINACAQLI DURUMDA... - GİLEY

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO