kanal1

Vətəndaşlar üçün ƏLÇATMAZ İPOTEKA KREDİTLƏRİ: - "Bu güzəştdən rəsmi iş yeri olmayanlar yararlana bilmir"

Tarix:17-08-2021, 17:20
Baxış Sayı:36


Vətəndaşlar üçün ƏLÇATMAZ İPOTEKA KREDİTLƏRİ: - "Bu güzəştdən rəsmi iş yeri olmayanlar yararlana bilmir"

“İpoteka kreditləri rəsmi iş yeri olmayan, lakin ödəmə qabiliyyəti olan vətəndaşlara da şamil olunmalıdır”.

Bu sözləri ipoteka kreditlərinin şərtlərinin vətəndaşlar üçün yaratdığı çətinlikləri dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, ipoteka ilə bağlı təyin olunan qaydalar mənzil ehtiyacı olan vətəndaşlar üçün sərfəli deyil və buna görə də mənzil problemi hələ də hökm sürür:

“İpoteka ilə bağlı əsas problem ondan ibarətdir ki, bu kreditlər rəsmi iş yeri olanlara verilir. Yəni ev alan şəxsin maaşı krediti ödəməyə imkan verməlidir. Ailə tərkibi haqqında arayış və maaşın həcmi o qədər olmalıdır ki, hər bir ailə üzvünə minimal dolanışıq pulu çıxılsın və yerdə qalan pul ipotekanı ödəsin. Əksər insanlar kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, iş yerləri rəsmi şəkildə göstərilmədiyi üçün ipoteka kreditlərindən yararlana bilmirlər. Rəsmi iş yeri olmayan vətəndaşlar var ki, illərdir kirayədə yaşayırlar, stabil olaraq kirayə haqqını ödəyirlər. Lakin ipoteka kreditindən yararlana bilmirlər. Səbəbi isə odur ki, gəlirini rəsmi göstərə bilmir, yaxud iş yeri rəsmi deyil. Ancaq ipoteka kreditləri digər vətəndaşlara da şamil olunmalıdır.

Digər problem kredit verildikdə həmin mənzilin minimal bazar qiyməti ilə qiymətləndirilməsidir. Bu zaman riskli tərəf evi alan vətəndaşlardır. Əgər vətəndaş əvvəlcədən 20-30 faiz ilkin ödəniş edib və avtomatik olaraq ilk 6 ayda ödəniş edə bilməsə, bank evi hərraca çıxarır. Bu riskli vəziyyətin qarşısını almaq üçün bank faizlərinin də aşağı salınması vacibdir. İnkişaf etmiş ölkələrdə verilən ən minimal faiz kreditləri daşınmaz əmlak üçün verilən kreditlərdir. Azərbaycanda MİDA sosial evlər satır. Qiymətlər yaxşıdır, ancaq əlçatan deyil. Satış proseduru tam fərqlidir. Bu, rəsmi iş yeri olmayan vətəndaşlara da şamil olunmalıdır. Yüzlərlə insanlar var ki, restoranlarda ofisiant, yaxud avtoyuma məntəqəsində işləyir. Həmin insanlara da imkan yaradılmalıdır ki, ipoteka kreditindən yararlansınlar”.

“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Saatlı Tibb kollecində rüşvətin İTTİHAMI FOTO
Saatlı Tibb kollecində rüşvətin İTTİHAMI FOTO
Terrorçu qruplaşma zərərsizləşdirildi - Rəsmi - Video
Terrorçu qruplaşma zərərsizləşdirildi - Rəsmi - Video
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
“Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
“Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
Tramp: ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq
Tramp: ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq