kanal1

“Körpü-Bina Tikinti” şefinin biznes imperiyası - İDDİA

Tarix:16-08-2021, 08:46
Baxış Sayı:36

“Körpü-Bina Tikinti” şefinin biznes imperiyası - İDDİA

Deyirlər guya Azərbaycan Şərqin qapısıdır, yoxsa darvazasıdır…
Amma son illər daha çox deyirlər ki, Azərbaycan şərqlə qərbin arasında körpüdür.
Deyilənə görə, ‘Körpü-Bina Tikinti” MMC-nin sahibi Xəlil Göyüşov yaxşı pul buraxıb ki, “qapı” deməyin, “KÖRPÜ” deyin.
Çünki Xəlil Göyüşov körpülərin hesabına milyonçuya çevrilib.
Xəlil Göyüşovun tikdiyi körpülərin qiyməti dünya qiymətlərindən ən azı 5-6 dəfə baha başa gəlir.
Aradakı fərq- milyonlar isə Xəlil Göyüşovun cibinə gedir.
Xəlil Göyüşov həm də tenderlər kralı kimi tanınıb.
İndi isə Xəlil Göyüşovun şəxsi biznesinə nəzər salaq:
Almaniyada Hamburqun mərkəzində dördulduzlu möhtəşəm PARK HOTEL BERLİNER TOR və üçulduzlu PARK HOTEL ARENA-nı. Hər iki otel Xəlil Göyüşov şəxsi mülküdür.
Onu da qeyd edək ki, Xəlil Göyüşov 2015-ci il devalivasiya ərəfəsində ölkədən azı 40 milyon avrodan artıq vəsait çıxarıb və 2014-cü ildə Hamburq ədliyyəsində qeydiyyatdan keçirdiyi AGO GMBH vasitəsilə bu otellərə yatırıb.

Xəlil Göyüşovun xaricdəki biznesini onun oğlu Ramiz Göyüşov idarə edir.
Deyən olar ki, kişinin oğlu işadamıdır, istəsə Almaniyada, hətta Amerikada da biznes qura bilər. Təbii, amma məsələ bu qədər vəsaitin bəyannaməsiz, qeydiyyatsız-filansız , gizli yolla ölkədən necə çıxarılmasıdır.
Qeyd edək ki, ölkənin tikinti sektorunda əsas pay sahiblərindən biri olan «Körpü-Bina-Tikinti» (KBT) Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) neqativ hallar bitib-tükənmək bilmir. Bu şirkət 2001-ci ildə yaradılıb. Azərbaycanda sənaye obyektlərinin, yaşayış binalarının, körpülərin, neft kəmərlərinin, su kanallarının, yanacaqdoldurma stansiyalarının , istilik elektrik stansiyalarının tikintisi, dəmir yollarının çəkilməsi, torpaq işləri, bünövrələrin qoyulması, svay işlərinin həyata keçirilməsi ilə məşğul olan cəmiyyət demək olar ki, görülən işlərin tamamını öz əlinə keçirib.Yəni bu gün şəhərin əksər yerlərində salınan körpülərin, yeraltı və yerüstü keçidlərin tikinti işlərini məhz bu şirkət aparıb. Bu isə o deməkdir ki, şirkət rəhbərinin arxasında hansısa vəzifəli şəxslərdən biri dayanıb. Əks halda MMC bu qədər layihənin icraçısına çevrilə bilməzdi. Müəssisənin tərkibində beton zavodları, qum, çınqıl istehsal edən karxanalar da fəaliyyət göstərir.
Xəli Göyüşov dövlətin ayırdığı milyonlarıa vəsaiti öz şəxsi biznesi üçün istifadə edir.
Həm də Xəlil Göyüşov tikinti işlərində ən ucuz materiallardan istifadə olunduğu halda, kağız üzərində şişirtmələrə yol verərək büdcənin vəsaitlərini talan edir.
Çox maraqlıdır ki, uzun illər Xəlil Göyüşova gözün üstə qaşın var deyən olmayıb.
Ancaq özəl mənbələrdən daxil olan məlumata görə, ötən il Xəlil Göyüşovu əməlli-başlı “Qıl Körpüsü”ndən keçiriblər.
Xəlil Göyüşov həmən körpüdən keçəndə necə tərləyirmiş, nələr danışırmış, bu başqa bir yazının mövzusudur. //gundelik-baku.com//

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb