kanal1

Cahangir Əsgərov deyəsən, ARADAN ÇIXIR... - İLGİNC GƏLİŞMƏ

Tarix:13-08-2021, 15:35
Baxış Sayı:19

Cahangir Əsgərov deyəsən, ARADAN ÇIXIR... - İLGİNC GƏLİŞMƏ

Elə dünən yerli KİV-də yayılan informasiyalarda qeyd olunurdu ki, nəhayətdə "yuxarılar" tərəfindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyində dəyişiklik qərarı verilib və bu yaxınlarda sözügedən qərar rəsmiləşəcək.

DİA.AZ bildirir ki, bu gün isə artıq AZAL şefi Cahangir Əsgərovun şirkətlərini Azərbaycandan çıxarması haqda informasiyalar yayılıb. Yayılan xəbərlərə görə, AZAL şefi Azərbaycandakı kapitalını Böyük Britaniya və ABŞ-a daşımaqdadır. Mənbə dia.az-a bildirir: "Artıq proses son bir ayda daha da intensivləşib".

Qeyd edək ki, yayılan bu informasiynaı təsdiqləyən rəsmi bir elan da KİV-də ictimailəşib.

DİA.AZ-ın məlumatına görə, AZAL şefinə aid olan “Şüvəlan P.F.K” MMC artıq özünü müflis elan edib.

Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini AZ-1061 Bakı şəhəri, Xəzər rayonu, L.Starçuk küçəsi, ev 19D ünvanına bildirə bilərlər.

Qeyd edək ki, bu şirkət 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 300 manatdır və qanuni təmsilçisi Fikrət Hüseynovdur. MMC-nin Cahangir Əsgərova aid olduğu bildirilir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

İddia olunanlarla baölı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb