kanal1

İcra başçısı BU BOYDA BƏLANI görməzdən gəlir... - Şəhərin ortasında narkomaniya çirkab və əxlaqsızlıq yuvası...

Tarix:11-08-2021, 13:06
Baxış Sayı:19

İcra başçısı BU BOYDA BƏLANI görməzdən gəlir... - Şəhərin ortasında narkomaniya çirkab və əxlaqsızlıq yuvası...

Bakı şəhəri Xətai rayonu Mirzə Davud küçəsinin girəcəyində biabırçı vəziyyət hökm sürür. Bir neçə il öncə bir zamanlar qaçqın və məcburi köçkünlərin yerləşdiyi yataqxana binası kimlər tərəfindənsə yandırıldı və boşaldıldı.
Lakin boşaldıldıqdan sonra yanmış, damı, döşəməsi, pəncərəsi, qapıları olmayan bu xaraba bina dönüb oldu zibillik. Sözün həqiqi mənasında. Ətrafda yaşayan adamlar nə səbəbəsə məişət tullantılarını bu binanın içərisinə atmağa başladılar. Gecələr zülmətə bürünən, üfunət iyi verən bu xaraba bina narkomanların yığıncaq yeridir.

Əslində gözdən iraq bir yer deyil. 8 Noyabr (keçmiş Nobel) prospektinin tam kənarında Mirzə Davud küçəsinin girişində yerləşir. Küçənin girişini adını hər kəsin çəkməyə utandığı sauna kəsir. O sauna ki, müxtəlif xidmətləri ilə əxlaqsızlıq yuvasına çevrilib. Sauna, yanında da xaraba binadakı narkoman yuvası. Binanın qarşısındakı yarımtikililər də sökülüb, amma bu söküntüləri də yığışdırıb aparan olmayıb. İllər öncə burada 1941-45 Vətən müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış abidə də (sauna ilə üzbəüz yerləşir) zibilliklər içərisində qalıb, insan baxanda xəcalət çəkir. Bu abidə inandığı fikir uğrunda savaşmış, işğala boyun əyməyən insanların xatirəsini əbədiləşdirmək üçün idi. İndi daha çox onların xatirəsini kirlətməyə xidmət edir.
İcra başçısı BU BOYDA BƏLANI görməzdən gəlir... - Şəhərin ortasında narkomaniya çirkab və əxlaqsızlıq yuvası...

Dəfələrlə Bakı şəhəri Xətai Rayon icra hakimiyyətinə müraciət edilsə də, cavab verilməyib, sükutla keçilib. Bu xarabaya dönmüş binanın sökülüb yerində abad bir park salmaq olar. Həm də böyük xərclər çəkilmədən. Binanın ətrafında çoxlu sayda böyük ağaclar var. Sadəcə, bir balaca abadlıq işləri görülməlidir. Çox böyük olmayan xərclərlə İcra Hakimiyyəti adına layiq, yəni vəzifəsinə, üstünə düşən işi görmüş olardı, ərazi də əxlaqsızlıqdan, narkomanlardan və zibillikdən təmizlənərdi. Bu küçənin insanlarının arada nəfəs alacaqları, uşaqlarını gəzdirəcəkləri kiçik bir bağa böyük ehtiyacları var. Küçə dediyimiz də kiçik küçə deyil. Təxminən 4-5 min nəfər sakini var. Küçədə sıxlıq həddən artıq çoxdur. İllər öncə burada məskunlaşan insanlar özləri qaz, su, işıq problemlərini həll etdilər. İcra hakimiyyətinin əməkdaşları yalnız kimsə ev tikəndə görünürlər. Gəlib şirinliklərini alıb getmək üçün. Bu qədər əhali yaşayan ərazidə bir park və ya bağ salmaq çoxmu çətindir. Dəfələrlə müxtəlif media orqanlarına şikayət edilib. Nəyi gözləyirsiniz? Gərək mütləq Prezident Admnistrasiyasından göstəriş gələ? //bizimyol.info//

İcra başçısı BU BOYDA BƏLANI görməzdən gəlir... - Şəhərin ortasında narkomaniya çirkab və əxlaqsızlıq yuvası...

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb