kanal1

İcra başçısı şəhid adlarını NEÇƏYƏ əbədiləşdirilir?

Tarix:11-08-2021, 07:57
Baxış Sayı:19

İcra başçısı şəhid adlarını NEÇƏYƏ əbədiləşdirilir?

Ağcəbədi Rayon İcra Hakimiyyəti şəhidlərin adlarının əbədiləşdirilməsi üçün küçəyə vurulan xatirə lövhələrinin düzəldilməsi və respublika əhəmiyyətli bayram tədbirlərinin keçirilməsi üzrə satınalma müsabiqələrinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, hər iki müsabiqənin qalibi "Lələtəpə” MMC-dir. Qurum xatirə lövhələrinə görə şirkətə 26 208 AZN, bayram tədbirlərinə görə isə 37 380 AZN ödəməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Lələtəpə” MMC 18 dekabr 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, Heydər Əliyev prospekti, ev 128-də yeləşir. MMC-nin qanuni təmsilçisi Camalxanova Aygül Əli qızıdır.
Açıq mənbələrdə "Lələtəpə” MMC və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. Araşdırmalar nəticəsində isə bəlli olur ki, "Lələtəpə” MMC əsasən Ağcəbədi Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olur.
Bundan əvvəl İcra Hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 41 500 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin müqavilədə də respublika əhəmiyyətli bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Araşdırmalar zamanı o da məlum olub ki, "Lələtəpə” MMC-nin qanuni təmsilçisi Aygül Camalxanov "Elçin TTQİ” MMC, "Qarabağ İnşaat-2016” MMC və "RCİ-İnkişaf 2014” MMC-nin qanuni təmsilçisi Camalxanov Rövşən İbrahim oğlu ilə eyni ünvanda qeydiyyatdadır.
Ehtimal etmək olar ki, bu şirkətlər onlara məxsus deyil. Camalxanovlar sadəcə kimlərinsə tender oyunlarında xırda fiqurantlar ola bilər.
Məlumat üçün deyək ki, Ağcabədinin icra başçısı Rafil Hüseynovdur. O 2019-cu ildən rayona rəhbərlik edir.

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb