kanal1

“Sədərək” Yusifin “Buynuz vannası”-Onu buynuzu kəsilən maralların ahı tutacaqmı?-FOTO

Tarix:10-08-2021, 10:01
Baxış Sayı:34

“Sədərək” Yusifin “Buynuz vannası”-Onu buynuzu kəsilən maralların ahı tutacaqmı?-FOTO

Tanınmış jurnalist Samir Feyruzov özünün sosial media hesabında “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə məxsus Xızının Altıağac kəndində “Cənnət bağı” adlı istirahət mərkəzinin olduğu, eləcə də istirahət mərkəzinin girişində maral fermasının, həmçinin həmin fermada təxminən 500-ə yaxn maral və ceyranın olduğunu yazır.


Samir Feyruzov yazır ki, Y. Qədimbəyli ayda bir dəfə sözügedən istirahət mərkəzində “Buynuz vannası” qəbul edir. Jurnalist araşdırıb ki, Y. Qədimbəyli maralların buynuzun kəsdirərək özünə vanna düzəltdirib. Həttə məlum olub ki, buynuzları kəsilən maralların bəziləri qısa müddət sonra ölürlər.


Kanal32.az jurnalist Samir Feyruzovun sosial media hesabında yazdığı məlum statusu təqdim edir:


“Fotonu Xızı rayonunun Altıağac kəndində çəkmişəm. Kənddə “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə məxsus “Cənnət bağı” adlı istirahət mərkəzi yerləşir. İstirahət mərkəzinin girişində Y.Qədimbəylinin maral ferması da var. Fermada təxminən 500-ə yaxın maral, ceyran var (Fotoda bir hissəsi düşüb). Amma məsələ bundan deyil, yüz milyonların sahibi olan Y.Qədimbəylinin maral ferması saxlaması təəccüb doğurmamalıdır.


Məsələ bundadır ki, Y.Qədimbəyli ayda bir dəfə adıçəkilən istirahət mərkəzində “Buynuz vannası” qəbul edir. Deməli, maralların buynuzlarını kəsib ona vanna düzəldirlər. Özünün ayrıca istirahət otaqları, tibb xidməti, qulluqçuları var. Mənə dedilər ki, buynuzları kəsilən maralların bir neçəsi qısa müddət sonra həyatla vidalaşmalı olur.
Əcaib ölkədir: ölkədə minlərlə kişi ailəsini saxlamağa pul tapmır, başqa biri isə buynuzlarını kəsib vanna qəbul edəcək deyə, maral ferması saxlayır. Azərbaycan kimi kiçik ölkələrdə bu boyda sosial bərabərsizlik olmalı deyil.., olmamalıdır!”
“Sədərək” Yusifin “Buynuz vannası”-Onu buynuzu kəsilən maralların ahı tutacaqmı?-FOTO
“Sədərək” Yusifin “Buynuz vannası”-Onu buynuzu kəsilən maralların ahı tutacaqmı?-FOTO

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb