kanal1

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlər belə mənimsənilir

Tarix:29-07-2021, 13:38
Baxış Sayı:143

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlər belə mənimsənilir



Azərbaycanda fəaliyyət göstərən dövlətdən maliyyələşən qurumların sifarişçi olduqları satınalmalarda maxinasiya hallarının olması barədə zaman-zaman mətbuatda yazılıb. Hətta ölkədə son illərdə aparılan hüquqi islahatlar, qanunların modernləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılan kompleks addımlar da bu sahədə olan acınacaqlı vəziyyəti aradan qaldıra bilmir.

Ölkədə keçirdiyi satınalmalara görə mediada və rəsmi hesabatlarda adı tez-tez çəkilən qurumlardan biri də Bakı Şəhər İcra Hakimiyyətidir. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə və təşkilatların birbaşa sifarişçi olduqları satınalmaların əksəriyyətində şübhəli məqamlar nəzərə çarpır.
Təsadüfi deyil ki, aprel ayının 15-də Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlayarkən 01.01.2019-cu il tarixindən 01.01.2020-ci il tarixinədək dövrü əhatə etməklə 2 milyon manata qədər büdcədən yayınma halları aşkar etdi.
Lakin Hesablama Palatasının Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində apardığı audit nədənsə göstərilən tarixlərdə İdarənin “təmir işləri” üzrə xərclədiyi vəsaitlərinə geniş yer verilməyib.

İdarənin sifarişçi olduğu satınalmalarda bu illər ərzində niyə yalnız “Gəmiqaya-S” MMC-nin qalib elan edildiyi sualını kənara qoyaraq əsas diqqəti görülən işlərin (əslində kağız üzərində görülən) mahiyyətinə yönəldək.
İdarənin yuxarıda qeyd edilən lotlar üzrə sifarişçi olduğu satınalmaların tək birində görüləcək işlərin detalları barədə məlumatlar yer alır. Belə ki, İdarə ilə MMC arasında ötən il bağlanan 210.464 manatlıq tender müqaviləsində 15 ədəd qızartma şkafının, 6 ədəd ətçəkən maşının, 9 ədəd paltaryuyan maşının, 5 ədəd kondisionerin, 20 ədəd soyuducunun, 152 ədəd elektrik peçinin və 25 ədəd elektrik peçi şüşələrinin (?) təmiri nəzərdə tutulub.
Müqavilədə təmirinə ehtiyac duyulan avadanlıqların təmirinin bazarda olan bu günkü real qiymətlərdən dəfələrlə baha göstərildiyi məlumdur. Halbuki, İdarə bu təmir işlərini digər dövlət maliyyəli qurumlar kimi birbaşa fiziki şəxslərlə və yaxud konkret sahə üzrə ixtisaslaşmış şirkətlərlə bağlaya bilərdi. Burada şübhəli məqamları artıran səbəblərdən biri də sözügedən lot üzrə sifariş olunan tenderlərin hamısının bu illər ərzində eyni şirkət tərəfindən udulmasıdır.

“Gəmiqaya-S” MMC-nin fəaliyyətinin hansı yöndə olması, sahib olduğu lisenziyalar barədə heç bir məlumat yoxdur. 20 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Hüseynova Nigardır.

DOSYE.ORG

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?