kanal1

Etibar Pirverdiyev HƏBS OLUNA BİLƏR - İDDİA

Tarix:28-07-2021, 09:45
Baxış Sayı:19

Etibar Pirverdiyev HƏBS OLUNA BİLƏR - İDDİA

Məmurlar adətən almağa, qamarlamağa adət ediblər, verməyə satmağa yox. Yəni bunlara hər şeyi özününküləşdirmək xasdır. Başqasına vermək, özgəsinə satmaq yox.
Amma son vaxtlar məmurların öz əmlaklarını, dəyəri milyonlarla ölçülən mülklərini satması adi hal alıb.
Görəsən nə baş verir ?
Adətən deyirlər ki, batan gəmini birinci siçovullar tərk edir.
Əslində bəzi məmurlar da siçovul kimidirlər, hər şeyi didib-dağıdan, ziyanxor.
Amma deyəsən gəmi məsələsi deyil. Məmurlar həbs olunacaqlarından qorxub əmlaklarını satırlar, mülklərini başqasının adına keçirirlər, yəni bunların öz gələcəyinə ümidləri yoxdur, düşünürlər ki, bu gün-sabah həbs oluna bilərik.
Hətta məmurlar öz ailələrindən, həyat yoldaşlarından boşanırlar ki, sabah nəsə olsa, heç olmasa, xanımlarının adına olan mükləri qoruya bilsinlər.
Sözün qısası, məmurlar hazırda güc veriblər müklərini satmağa.
Belə sabiq məmurlardan biri də Etibar Pirverdiyevdir.
Söhbət “Azenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevdən gedir.
Bəli, digər məmurlar kimi Etibar Pirverdiyev də ona məxsus olan “Ekspres bankı” satışa çıxarıb. Bankı kimə və neçəyə satacağı barədə bizdə ilkin məlumat olsa da, hələ dəqiqləşdirmə aparırıq.
Ancaq bir şeyi dəqiqləşdirməyə ehtiyac yoxdur. Etibar Pirverdiyev də digər məmur həmkarları kimi qorxuya düşüb, təlaş keçirir, həbs olunacağını hiss edir. Ona görə də dəyəri 10 milyonlarla ölçülən bankı satmaq qərarına gəlib.
Əslində Etibar Pirverdiyev bu günədək xeyli əmlakını sataraq, pula çevirib və həmin milyonlar xarici banklarda, ofşor zonalarda dövr edir.
Etibar Pirverdiyevin cavan qızı Dünya Pirverdiyevanın Londondakı şirkətləri hansı pullarla fəaliyyət göstərir ? Əlbəttə, atasının və qaynatası- sabiq rabitə naziri Əli Abbasovun xalqdan oğurladığı milyonların hesabına.
Bəli, bir daha təkrar edirik ki, məmurlar məhz qorxudan öz mülklərini satırlar.
Hətta bəzi məmurlar yalandan özlərinə xəstəlik kağızı düzəldir və çətin məqamda müalicə adı ilə ölkədən qaçmaq istəyirlər.
Etibar Pirverdiyev də məhz qorxudan bu addımları atır.
O, təkcə bankını satmır.
Bu yaxınlarda cənab Pirverdiyev Xaçmazda ona məxsus torpaq sahəsini 1.6 milyona satıb.
Cənab Pirverdiyev bankını satır, torpaq sahəsini satır, dəvə fermalarını, 100 hektarlarla fındıq bağlarını, Xudatda, Şabranda bazarlarını və daha nələrini satır.
Rəhmətlik Mirzə Ələkbər Sabir demişkən, ay alan məmləkəti-Rey satıram.
Bəli, Pirverdiyev nəyi varsa, satır və...aradan çıxmaq istəyir.
Amma Pirverdiyev aradan çıxa bilməyəcək.
Zamanında başının üstünü kəsəcəklər. Və o Azərbaycana vurduğu ziyanlara görə mütləq cavab verəcək. //gundelik-baku.com//


Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?