kanal1

“Star” MTK-dan Prezidentə şikayət - GİLEY

Tarix:27-07-2021, 18:28
Baxış Sayı:54

“Star” MTK-dan Prezidentə şikayət - GİLEY


“Star-M” MTK-nın Nəsimi rayonu H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrini əhatə edən 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binası 2018-ci ildə təhvil verilməli olsa da, bu günə qədər yaşayışa hazır vəziyyətə gətirilmir.

Bu barədə “AzPolitika.info” saytına həmin binadan mənzil almış Məmmədli Tuqay Xaqani oğlu bildirib. Şikayətçi media vasitəsi ilə ölkə Prezidenti İlham Əliyevə müraciət edərək, sakinlərin hüquqlarını pozan MTK-ya qarşı tədbir görülməsini xahiş edir. T.Məmmədli qeyd edir ki, sözügedən binanın 11-ci mərtəbəsində yerləşən, sahəsi 116,87 m² olan 2 otaqlı mənzil alıb: “12.12.2017 tarixində bağladığımız müqaviləyə əsasən, aldığım mənzilin dəyəri tam ödənildiyi gün mənə təhvil verilməli idi. Bundan dərhal sonra mənzili təmir edə və yaşaya bilərdim. Müqaviləyə uyğun olaraq, məbləğin hamısını 14 may 2018-ci il tarixində ödəyərək, “Maliyyə arayışı” əldə etmişəm. Lakin 3 ildən çoxdur ki, bina yaşayışa verilmir. Belə ki, tikinti tam başa çatdırılmayıb, elektrik enerjisi, su və qaz verilmir”.

Şikayətçinin sözlərinə görə, hər dəfə tikinti şirkətinin Nərimanov metrostansiyasının yaxınlığında yerləşən ofisinə getsə də, müxtəlif vədlər verilərək yola salınıb. T.Məmmədli əlavə edir ki, tikinti şirkətinin faktiki rəhbəri Məhərrəm Məhərrəmov adlı şəxs son görüşdə onu təhqir edərək, otağından çıxmasını tələb edib: “Həmin vaxtdan etibarən ofisinə dəfələrlə getsəm də, onu görə bilməmişəm. Həmçinin, bu binadan mənzil alan digər vətəndaşlar da onunla əlaqə qura bilmirlər. Müqavilədə adı keçən V.Qasımov adlı şəxs isə heç bir işə qarışmayaraq, məsuliyyəti öz üzərindən atır. Digər iştirakçı R.Bayramov narahatlığın tezliklə aradan qalxacağını vəd edərək, məni gözləməyə dəvət edir”.

Mənzil sahibi vurğulayır ki, 3 ildən artıq zaman keçib, amma verilən vədlər özünü doğrultmur. “Bu da təbii olaraq işin içində fırıldaq ola biləcəyinə dair bizdə şübhələr yaradıb. Əgər ciddi bir səbəb olmasa idi, 2018-ci ilin may ayında artıq son mərtəbəsi hazır olan bina, bu 3 ildə istismara qəbul olunardı”, - deyə şikayətçi qeyd edib.

“Star” MTK barədə apardığımız araşdırma zamanı məlum oldu ki, müxtəlif vaxtlarda mətbuatda tikinti şirkətinin qanunsuz hərəkətləri ilə bağlı materiallar dərc olunub. Məqalələrin birində qeyd olunur ki, Nəsimi rayonu H.Ələsgərov, C. Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrini əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilmiş yaşayış binasında ümumi sahəsi 227,17 kv.m olan 4 otaqlı mənzil sahibinin xəbəri olmadan MTK-nın rəhbəri Məhərrəm Məhərrəmov tərəfindən başqa bir şəxsə satılıb. Mənzil sahibi iddia edib ki, həmin ünvana gedəndə, aldığı mənzilin tam təmir olunduğunu, qapısının dəyişdirildiyini görüb. Bu barədə MTK rəhbərinə şikayət etsə də, nəticəsi olmayıb.

Şikayətlə bağlı “Star” MTK-ya müraciət etdik. Şirkətdən özünü təqdim etməyən əməkdaş bildirdi ki, həmin binanın tikintisi başa çatmayıb və suallara cavab almaq üçün əraziyə gəlib, müvafiq şəxslərdən ətraflı məlumat almaq mümkündür.

3 ildir tikintisi başa çatmış binanın istismara qəbul olunmamasının səbəblərini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinə açdığımız telefon zəngləri isə cavabsız qaldı.

Problemi diqqətdə saxlayacağıq.

“AzPolitika.info”

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?