kanal1

Bina tikən şirkət vətəndaşlara hədə-qorxu gəlir, qanuni evlərindən zorla köçürür - QALMAQAL

Tarix:27-07-2021, 16:57
Baxış Sayı:13

Bina tikən şirkət vətəndaşlara hədə-qorxu gəlir, qanuni evlərindən zorla köçürür - QALMAQAL
Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi ev 42 və 44 ünvanda yaşayan Cavanşirov Elçin , Məmmədov İlqar və Məmmədli Nəsir Gundelik-baki.com saytına müraciət ediblər.
Müraciəti olduğu kimi təqdim edirik:

Biz Səbail rayon sakinləri biznes məqsədilə bina tikən “Dönüş-1” MMC şirkətinin fəaliyyətindən, daha doğrusu, qanunsuz hərəkətlərindən dövlət qurumlarına şikayət edirik.
Bu tikinti şirkəti 4 -cü ildir ki, bizim məhəllənin sakinlərinin başına açmadığı oyun, etmədiyi zülüm qalmayıb.
Bu şirkətin 4 ildə bizlərə verdiyi əziyyətlərin, mənəvi-psixoloji zərbənin qarşılığını heç cür kompensasiya etmək mümkün deyil.
Sözün qısası, “Dönüş-1” MMC şirkəti 2017-ci ildən bu günədək bizim məhəllədə biznes məqsədilə bina tikməklə məşğuldur.
Şirkət ərazidəki mənzil sahiblərinin razılığı olmadan evləri zorla uçurub. Digər mənzil sahiblərini isə məhkəmədən təzyiq vasitəsi kimi istifadə edərək qanuni mənzillərindən çıxartdırıb.
Şirkətin təzyiq və hədələrinə davam gətirməyən, dözə bilməyən qonşular məcburi şəkildə razılaşmaqdan başqa çıxış yolu görməyib öz mənzillərini tərk etdilər.
Hazırda ərazidə 3 mənzil, 3 ailə tikinti gedən sahənin ərazisində qalıb. Bu şirkət bizə hər cürə güc göstərir, təzyiq göstərir ki, biz də məcbur olub evlərimizi tərk edək.
Onu da qeyd edək ki, bizim mülkiyyət hüququmuza xitam verilməsilə bağlı “Dönüş -1” MMC-nin məhkəmədə qaldırdığı iddia tələbini Ali Məhkəmə rədd etdi.
İddia təmin edilmədi və mülkiyyət hüququmuz qorundu. Buna baxmayaraq tikinti şirkəti evimizə bitişik mənzilləri sökməklə bizim mənzillərə də zərər vurub, mənzillərimizi qəzalı vəziyyətə salmaq istəyirlər.
Bunun üçün də mənzillərin 2 metrliyində ağır texnika ilə - buldozerlə söküntü işləri aparırlar. Artıq mənzildə çatlar, yerdə çatlar yaranıb. Hər an mənzillərimiz uçmaq təhlükəsilə üz-üzədir. Hər gün hədə -qorxu gəlirlər ki mənzildən öz xoşunuzla çıxmasanız, evlərinizi uçuracağıq, lap zorla olsa da.
Dövlətin paytaxtında, Bakını mərkəzində elə bil Suriyada müharibə vəziyyətində yaşayırıq, evlərimizin pəncərələri, şiferləri məhz şirkətin fəaliyyəti nəticəsində sınıq-sıniq olub. İraq olsun, evlərimiz uçsa, insan tələfatı olsa, buna görə kim cavab verəcək ?
Qoy, əlaqədar dövlət qurumları bu barədə düşünsün və ailələrimizi “Dönüş-1” MMC-nin əlindən xilas etsin. //gundelik-baku.com//

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb