kanal1

Düzgün idarəçilik hər kəsə başucalığı gətirir

Tarix:26-07-2021, 15:30
Baxış Sayı:313


Düzgün idarəçilik hər kəsə başucalığı gətirir
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanovdu

Qurbanov Zamiq Mətləb oğlu 13 sentyabr 1981-ci ildə Cəbrayıl rayon Dağ Tumas kəndində anadan olub. 1987-ci ildə Cəbrayıl rayon Dağ Tumas kənd orta məktəbinin birinci sinfinə qəbul olub. 1993-cü ildən Cəbrayıl rayonunun işğal olunması ilə əlaqədar olaraq,ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. 1999-cu ildə Qubadlı rayon Çay Tumas kənd məktəb- liseyini bitirib, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinə qəbul olub və 2003-cü idə ali təhsilini başa vurub, psixoloq ixtisasına yiyələnmişdir. 2003-cü ilin iyul ayı həqiqi hərbi xidmətini zabit kimi cəbhə xəttində çəkib və 2005-ci ildə ehtiyata buraxılmışdır. 15 sentyabr 2005-ci il tarixində Cəbrayıl rayon 7 saylı tam orta məktəbində psixoloq vəzifəsinə təyin olunmuşdur. İstedadlı və bacarıqlı pedaqoq kimi özünü göstərdiyinə görə 15 sentyabr 2008-ci il tarixində Cəbrayıl rayon Təhsil Şöbəsinə metodist vəzifəsinə təyin olunub və 02 mart 2012-ci il tarixinədək bu vəzifədə özünü bacarıqlı bir təhsil işçisi kimi göstərmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan Ümumtəhsil Məktəb Drektorlarının Qəbulu Müsabiqəsində uğur qazanaraq, Azərbaycan Respublikası Təhsil Nazirinin 02 mart 2012-ci il tarixli, 11/195 nömrəli əmri ilə Cəbrayıl rayon Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbinə direktor təyin olunub. Cəbrayıl rayon V. İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmaqla bərabər 2014-cü ildən ictimai əsaslarla Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Cəbrayıl rayon nümayəndəliyinin sədridir.
01 oktyabr 2018-ci il tarixdən Cəbrayıl rayon Təhsil Şöbəsin müdiri vəzifəsinə təyin olunub.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov belə insanlardandır.
Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Zamiq müəllim işlədiyi Cəbrayıl rayon Təhsil Şöbəsində təlim-tərbiyənin yüksək səviyyədə təşkilinə , eləcədə təhsildə böyük uğurlar qazanması Zamiq müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Zamiq müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb