kanal1

Qubadakı "Macara Lake Park"da müştərilər rəsmən QARƏT OLUNUR... - NARAZILIQ!

Tarix:24-07-2021, 14:58
Baxış Sayı:88

Qubadakı "Macara Lake Park"da müştərilər rəsmən QARƏT OLUNUR... - NARAZILIQ!

“19.07.21 tarixində kollektiv olaraq Qubaya getmişdik. Bakıdan Macara Lake Park -la əlaqə saxladıq ki, 18 nəfər sizə axşam yeməyinə gələcəyik”. TİA. Az xəbər verir ki, bunu müştəri Kamran Qaraca bildirib. Onun sözlərinə görə, tövsiyyə etdilər ki, menyuya baxaq və seçimlərimizi əvvəlcədən dəqiqləşdirək: “Biz də menyuya baxdıq və 18 nəfər üçün 5 dənə quzu səbəti sifariş verdik. Menyuda (şəklini əlavə edəcəm) quzu səbəti 65 manat olaraq yazılıb. Və dedik ki, lazIm olsa əlavə yenə sifarişimiz olacaq. Sifariş gələndə hiss etdim ki, nəsə yemək azdır və administratoru çagırdım. Administrator mənə cavab olaraq bildirdi ki, 65 manat yarım quzu səbətidir ). Dedik ki, bəs niyə “yarım” və ya “0.5” kimi qeyd etmirsiz? Dedi ki, Qubada quzu səbəti deyəndə yarım quzu səbəti nəzərdə tutulur.
Ona bir sual verildi ki, əgər mən Qubada səbət yemək istəsəm onda 2 səbət deməliyəm ki, 1 səbət yeyə bilim? Bu suala cavab verə bilmədi və məsələ üzü davaya dogru getdiyi üçün hesabı ödədik və ordan uzaqlaşdıq (çekin şəklini də əlavə edirəm və orda da quzu səbəti olaraq qeyd olunub). Belə bir əlavə də edim ki, başqa bir restoranın menyusuna baxdım və orda “quzu səbəti 0.5” və “quzu səbəti 1” olaraq qeyd olunmuşdu.
Mən ora getməyi heç kimə məsləhət görmürəm. Muştəri məmnuniyyəti sıfir altındadir. Adamlarda elə bir hava var ki, “bizdə belədir, nə istəyirsiz, necə istəyirsiz, elə də edin”. Quba kimi turistik bir yerdə belə bir münasibət və ən əsası gözümüzün içinə baxa-baxa aldatdıqlarını zənn etmələri çox üzücüdür. Mən bir daha ora getmərəm və heç kimə də məsləhət görmürəm.
P.S: Bakınin ən yaxşı yerlərində quzu səbəti 60 manatdir (12 tike qabırga və 3 tikə də “yabloçka”). Biz videoya çəkmişik və bizə hər səbətdə 6-7 tikə qabırga verilib”.

TİA. Az
Qubadakı "Macara Lake Park"da müştərilər rəsmən QARƏT OLUNUR... - NARAZILIQ!
Qubadakı "Macara Lake Park"da müştərilər rəsmən QARƏT OLUNUR... - NARAZILIQ!

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?