kanal1

Kənd təsərrüfatına ayrılan 47 milyardın aqibəti necə olub? - “90 faizi məmurlar tərəfindən mənimsənilib”

Tarix:23-07-2021, 10:29
Baxış Sayı:19

Kənd təsərrüfatına ayrılan 47 milyardın aqibəti necə olub? - “90 faizi məmurlar tərəfindən mənimsənilib”

Bu ilin ilk yarısında Azərbaycan Gürcüstandan 5,355 milyon dollar dəyərində 2 446 ton diri iribuynuzlu mal-qara idxal edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrünə nisbətdə məhsulun həcmi 2,3 dəfə artıb. Yanvar-iyunda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 1,103 milyon dollar olan 384,9 ton diri qoyun və keçi də tədarük edib.

Bu gün Azərbaycana digər ölkələrdən də mal-qara idxal edilir. Bunun səbəbi ölkədə heyvandarlığın zəif inkişafı, yoxsa ət istehlakında artımla izah edilir?

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, Azərbaycanda ildə təxminən 800 min ton ətə ehtiyac var:

“Ancaq ölkədə 315 min tondan artıq ət istehsal olunur. Ölkədə tələbatın 40 faizə qədəri yerli istehsal hesabına təmin olunur, 60 faizi isə xaricdən idxal olunur. Ət yalnız Gürcüstandan deyil, Rusiya, Ukrayna, Hindistan və s. ölkələrdən də idxal olunur. Bu, bir faktdır ki, Azərbaycanın yerli istehsalı tələbatı tam ödəmir.

Gürcüstan da yaxın ölkə olduğuna görə ola bilsin ki, əksəriyyəti bu ölkədən idxal olunur. Statistikaya görə, bu gün ölkədə 8,5 milyon xırdabuynuzlu, 2 milyona yaxın iribuynuzlu mal-qara var. Ancaq bu, yerli tələbatı ödəmir. Yerli tələbat dedikdə yalnız bazarlar nəzərdə tutulmamalıdır.

Penitensiar Xidmət, hərbi, geniş şəxsi heyətə malik qurumlar var ki, onların tələbatı idxal hesabına ödənilir. Yəni ölkəyə həm diri heyvanlar, həm dondurulmuş ət gətirilir. Yerli bazarlarda, qəssabxanalarda isə əsasən yerli ət satılır. Çox nadir halda Gürcüstandan idxal olunan ət həmin bazar seqmentində görünür. Ət bazarı yalnız qəssabxanalar deyil, geniş seqmentdir. Qeyd etdiyim kimi 100 minlərlə şəxsi heyəti olan dövlət qurumları var ki, onların ətə olan tələbatı idxal hesabına ödənilir”.

Ekspertin fikrincə, yerli istehsalı yerli tələbatın 60-70 faizinə qədər indiki kortəbii inkişafla qaldırmaq olar:

“Ancaq bunun üçün kənd təsərrüfatına dəstək, subsidiya lazımdır. Kənd təsərrüfatına son 30 ildə guya 47 milyard manat vəsait xərclənib, həmin məbləğin 90 faizi Azərbaycan məmurları tərəfindən bu və ya digər formada mənimsənilib. Onun cəmi 5-6 milyard manatı, ən çox halda 10 milyard manatı təyinatı üzrə xərclənib.

Ona görə də kənd təsərrüfatı inkişaf edə bilmir və bu sektorda heyvandarlığın cins tərkibini yaxşılaşdırmaqla inkişaf etdirməklə yaxşılaşdırmaq mümkün olsa, Azərbaycan yerli tələbatın 80-90 faizini də yerli istehsal hesabına ödəyə bilər. Ancaq biz bu gün strateji məhsul olaraq pambığı elan etmişik və ildə cəmi 50 milyon dollar valyuta gətirir.

Bu 50 milyona görə bütün kənd təsərrüfatını iflic etmişik. Yağ, süd məhsullarını xaricdən idxal edirik, az qalsın pomidor, xiyarı da xaricdən idxal edək. Halbuki yerli istehsalın bunu ödəməyə gücü var. Hökumətin kənd təsərrüfatını inkişaf etdirməyə səmimi siyasi iradəsi yoxdur.
Ona görə də kənd təsərrüfatı sahəsində məmurların təsərrüfat yaratmaq həvəsləri çox böyükdür.

Oradan kapital götürmək üçün fermalar, müxtəlif kənd təsərrüfatı müəssisələrini subsidiya mənimsəmək üçün açırlar. Hər məmurun ölkənin müxtəlif regionunda bir 6-7 sürüsü, mal ferması, taxıl sahələri var və heç birinin hədəfi yerli istehsalı gücləndirmək deyil. Yalnız hədəf subsidiya mənimsəməkdir və buna da nail olurlar.

Məqsəd kənd təsərrüfatını inkişaf etdirmək deyil, bu, yalnız kağız və rəqəmlər üzərində qurulmuş bir kəhkəşandır. Həmin 47 milyard kənd təsərrüfatına səmərəli şəkildə sərf olunsaydı, indi Azərbaycanda bu sektor İsrailin kənd təsərrüfatından yaxşı olmalı idi. Sahələr yağış damçı yolu ilə suvarılardı, sular torpaq kanallarla yox, boru kəmərlərlə gələrdi. O qədər vəsait buna şərait yaradır, ancaq bunun heç biri yoxdur və deməli o vəsaitlər müxtəlif yollarla, korrupsiyaya uyğrayıb və mənimsənilib”.

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?