kanal1

Gənclər və idman naziri kim olacaq? – Yeni ad

Tarix:19-07-2021, 13:42
Baxış Sayı:20

Gənclər və idman naziri kim olacaq? – Yeni ad
Bir müddət öncə dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimovdan sonra bu qurum hələ də nazir olmadan fəaliyyət göstərir.

Bakupost.az xəbər verir ki, iki ay öncə nazir vəzifəsinə təyin edilə biləcək ən potensiallı namizədlər sırasında gənclər və idman nazirinin müavinləri İntiqam Babayev (hazırda nazir vəzifəsini icra edir) və Fərhad Hacıyev, hətta Formula-1 yarışlarından tanınan və hazıra millət vəkili olan Nigar Arpadarainin adı çəkilirdi.

Buna baxmayaraq, aradan keçən bu müddət ərzində nazir təyinatı gerçəkləşməyib.

Redaksiyamıza daxil olan məlumata görə, hazırda ölkənin siyasi elitasında bu posta əsas namizəd kimi daha çox “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müzakirə edilir.

1975-ci il təvəllüdlü Vüqar Əhmədov yaxşı təhsil görmüş və uğurlu karyeraya sahib şəxslərdəndir. O, Azərbaycan Dövlət İqtisad Universitetini menecment ixtisası üzrə bitirib, daha sonra Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib.

Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında isə 3-cü təhsil alıb.

İqtisadiyyat Nazirliyində İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru olub.
2015-ci ildən “Azərişıq” ASC-nin sədr müavini, 2020-ci ildən isə sözügedən qurumun sədri təyin edilib.

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?