kanal1

Azərbaycan Dillər Universitetində Təhsil Nazirliyinin tövsiyyələrinə əməl olundumu - FOTOFAKT

Tarix:16-07-2021, 19:18
Baxış Sayı:9

Azərbaycan Dillər Universitetində Təhsil Nazirliyinin tövsiyyələrinə əməl olundumu - FOTOFAKT

Artıq bir ildən çoxdur ki, dünyada tüğyan edən yeni növ koronavirus (COVID-19) pandemiyası bir çox sahələrdə əsaslı çətinliklər yaratmış və yaratmaqda davam edir. Ötən ilin mart ayından pandemiya hər yerdə olduğu kimi, Azərbaycanda da bütün sahələrə, o cümlədən təhsil sisteminə də təsirsiz ötüşmədi. Ölkə başçısı İlham Əliyevin vaxtında qəbul etdiyi qərar və qabaqlayıcı tədbirlərin tərkib hissəsi olaraq 2020-ci ilin mart ayının 3-dən ölkədə tədris prosesi dayandı. Bu çətinliklərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinin reallaşdırdığı layihələr, həyata keçirdiyi tədbirlər nəticəsində, koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı işlər tam və vaxtında yerinə yetirildi.

Aktualinfo.org xatırladır ki,ötən ildən ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağalar,məhdudiyyətlər qoyulmuşdu.Son aylar pandemiyaya yoluxma sayının azalması və müəyyən olunmuş yaş kateqoriyaları üzrə vətəndaşların koronavirusa qarşı peyvənd olunması bir sıra qadağaların aradan qaldırılmasına səbəb oldu. O cümlədən şənlik mərasimlərinin keçirilməsinə dair tətbiq olunmuş qadağalar da.

Məlum olduğu kimi,iyun ayının 22-də Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən aşağıda göstərilən şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verdi. Qərara əsasə 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin keçirlməsinə icazəyə nələr daxildir,olduğu kimi diqqətinizə çatdırırq.

– yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (bundan sonra – COVID-19 pasportu) olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir;

Nazirlər Kabinetinin sözügedən qərarı göründüyü kimi ancaq şənlik mərasimlərinə aid edilib. Yəni konsert,idman və s. digər kütləvi tədbirlərin keçirilməsinə olan qadağalar qüvvədə qalıb. Bunun ardınca, iyun ayının 24-də Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olduğunu bildirib və ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələblərini gözlənilməklə Məzun günlərinin təşkil edilməsinə razılıq verib.

Ancaq Azərbaycan Dillər Universitetinin rəhbərliyi bu fürsətdən istifadə edərək əməlli-başlı şənlik keçirmək qərarına gəlib. İyulun 8-də Azərbaycan Dillər Universitetində (ADU) Məzun günü keçirilib və tədbir Təhsil Nazirliyinin tövsiyyələrinə uyğun olmayaraq,100-dən çox tələbə,müəllim və qonaqların iştirakı ilə baş tutub. Məlum olduğu kimi şənlik mərasimlərinin keçirilməsinə qoyulmuş qadağalar aradan qaldırılsa da, Operativ Qərargah tərəfindən bir çox kütləvi tədbirlərin keçirilməsinə qoyulmuş məhdudiyyətlər rəsmi olaraq hələ də davam edir.

Qeyd edək ki, məzun günü də bir kütləvi tədbirdir ki, şənlik mərasimlərindən yana digər kütləvi tədbirlər kimi buraya da çoxsaylı insanlar toplaşır. Azərbaycan Dillər Universitetinin rəhbərliyi bu tədbirin keçirilməsində nə kimi səhvlərə yol verib? Universitet rəhbərliyi Təhsil Nazirliyinin tövsiyyələrini gözardı edərək, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsini fürsət bilib karantin rejimi qaydalarına riayət etmədən, ara məsafəsi saxlamadan, qoruyucu tibbi maskalardan istifadə etmədən Məzun günü keçirib. Həm də COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərin neçə nəfərdə olduğu bəlli olmadan. Düzdür,tədbirdən çəkilmiş şəkillərdən də görsəndiyi kimi universititin həyətində, açıq havada ara məsafəsi qorunub, amma tədbirin rəsmi hissəsi heç bir karantin qaydalarına riayət olunmadan, sanitar-gigiyenik tələblərə əməl edilmədən keçirilib. Göründüyü kimi-2-3 nəfər istisna olmaqla,yan-yana oturaraq heç bir ara məsafəsi saxlanılmadan tibbi maskalardan istifadə edilmədən. Başda rektor Kamal Abdulla olmaqla, universitetin digər rəsmi şəxsləri də, hətta vaxtilə Baş nazir olmuş, az qala meşələrdə moruq yığdığına görə ayılara belə cərimə yazılması barədə qərar qəbul etmiş 74 yaşlı Elm və innovasiya məsələləri üzrə prorektor Novruz Məmmədov da Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərarına qarşı gediblər. Onlar Operativ Qərargahla bərabər Təhsil Nazirliyinin tövsiyyələrinə də əməl etməyiblər.

Şənlik mərasimlərində yol verilən qanunsuzluqlara operativ reaksiyalar verən və hər axşam bir şadlıq sarayında qonaqları sayan, müxtəlif cərimələr tətbiq edən Daxili İşlər Nazirliyinin rəsmiləri isə günün günota çağı Azərbaycan Dillər Universitetində keçirilən Məzun günündə pozulan qaydalara, əməl olunmayan tövsiyyələrə heç bir açıqlama verməyib.

Aktualinfo.org
Azərbaycan Dillər Universitetində Təhsil Nazirliyinin tövsiyyələrinə əməl olundumu - FOTOFAKT
Azərbaycan Dillər Universitetində Təhsil Nazirliyinin tövsiyyələrinə əməl olundumu - FOTOFAKT

Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı