kanal1

İfşa olan icra başçısı görün hansı yola əl atıb?!...- Alı Alıyevun korrupsiyası...

Tarix:16-07-2021, 15:56
Baxış Sayı:10

İfşa olan icra başçısı görün hansı yola əl atıb?!...- Alı Alıyevun korrupsiyası...

Məlumdur ki, dünənki tarixdə “RealMedia.az” saytında “Alı Alıyevin ictimai korrupsiyası – İcra başçısının həbsinə yetəcək faktlar” başlıqlı məqalə dərc etmişdik. Həmin yazı Fûzuli Rayon İcra Hakimiyyətində geniş rezonans doğurub, Alı Alıyevin kürkünə birə salıb. Qısa olsa da xatırladaq ki, redaksiyamıza daxil olmuş səhih məlumata əsasən, hazırlanmış həmin yazıda Füzuli rayonunda haqqı ödənilən ictimai işlərə cəlb olunmuş kimi göstərilən 342 nəfərin çoxunun işə çıxmadığı, həm də məşğulluqlarını başqa sahələrdə təmin etdiklərindən, kasıbçılıq meyarlarına uyğun gəlmədikləri bildirilirdi. Həmin yazıda qeyd olunurdu ki, bu neqativ hal rayonda bu cür işlə təmin olunmaq üçün müraciət etmiş xeyli işsiz, kasıblıq həddindən də aşağı həyat tərzi keçirən vətəndaşların haqlı narazılığına, növbələrinin yetişəcəyinə ümidlərini itirməsinə səbəb olub.
Redaksiyamıza məlumat verən mənbə təkcə Füzuli rayonunun Böyük və Bala Bəhmənli kəndindən saxta ictimai işçilərin natamam adlı siyahısını təqdim etmişdi. Əminlik ifadə etmişdik ki, dərc etdiklərimiz hüquq-mühafizə, cinayət təqibi və dövlət təhlükəsizlik orqanlarına hərəkətə keçmələri üçün yetərli əsas verir. Görünür, elə buna görə də, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əl-ayağa düşmüş, qabaqlayıcı tədbir görməyi qərara almışdır.

İndi isə gəlin görək, həmin primitiv tədbirlər nədən ibarətdir?

Məqalə dərc olunan gün ərzində siyahıda adları gedən bir neçə nəfər saytımızın baş redaktorunun mobil nömrəsinə zəng vurub təhqiramiz ifadələr işlətmişlər. Aşkar hiss olunub ki, saytın guya onların “çörəyinə dəydiyini” bildirən həmin şəxslər heç məqaləni oxumayıblar. Çünki zəng vurub deyirmişlər ki, guya sayt onların şəklini dərc edib. Aydın məsələdir, Alıyevin adamları onlara, məhz belə deyiblər və təlimat veriblər ki, zəng vurub “mərdimazar” sayt rəhbərinin “abırını ətəyinə bükməsəniz”, sizin "havayı" aldığınız pullar kəsiləcək. Bu məqamda hərəkətsizlik etsəniz, daha bizdən keçdi, danışığımızın şərtinə əməl edə bilməyəcəyik.

Qəti əminik ki, həmin adamlar baş redaktora zəng vurduqları iş vaxtında kağız üzərində adları gedən müəssisələrdə iş başında olmayıblar. Cinayət təqibi orqanlarının əlində olan texnika ilə zənglərin vurulduğu ünvanı müəyyənləşdirmək elə də çətin deyil.

Görünən odur ki, Füzuli RİH-nin başçısının da aqibəti həbs olunan həmkarları Qoca Səmədov, Nizaməddin Quliyevin Mahir Quliyev və digərləri kimi acınacaqlı olacaq. Bir gün görərsiniz, Alı Alıyevin də qolu qandallandl və Kürdəxanıya “etap” olundu.

RealMedia.az

P. S. Ölkə Prezidentinin elan etdiyi kimi, rüşvət və korrupsiya ilə məşğul olanların, tez ya gec, ömrünü zindanda başa vuracağına şübhə yoxdur

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb