kanal1

Tikinti sektorunun ŞƏRURLU PROBLEMİ... - Daha bir GİLEY

Tarix:16-07-2021, 10:15
Baxış Sayı:24

Tikinti sektorunun ŞƏRURLU PROBLEMİ... - Daha bir GİLEY

"Mənim heç kimdən çəkinəcəyim yoxdur, gedin, kimə istəyirsiz şikayət edin!". Bu sözlərin müəllifi Azərbaycanda adı müxtəlif qalmaqallarda, maliyyə maxinasiyalarında hallanan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri, "Şərurlu İsfəndiyar" ləqəbi ilə tanınan İsfəndiyar Axundovdur.

O, öhdəsinə götürdüyü tikinti layihəsindən mənzil verməli olduğu Bakı sakini Məmmədova Aliyə Mirzə qızından 5 min manat əlavə ödəniş tələb edib. Görünür, qazandığı nəhayətsiz sərvət tikinti maqnatının gözünü elə örtüb ki, bu yersiz ifadələri kimə ünvanladığının fərqinə varmayıb. Bu haqda bir qədər sonra...

Şikayətçi "AzPolitika.info"-ya yazır ki, 2009-cu ildə Yasamal rayonunda yeni tikilən binadan sahəsi 62 kv.m. olan mənzil üçün “Mur-ay“ MMC-nin direktoru Hüseynov Elxan Balaxan oğlu ilə müqavilə bağlayaraq, ona 24 min manat verib.

Sonradan məlum olub ki, bu şirkətin rəhbərliyi bir mənzili bir neçə nəfərə sataraq cinayət törədiblər: "Doğrudur, onlar 14 fevral 2011-ci il tarixdə məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək öz layiqli cəzalarını alıblar. Bundan sonra dövlət qurumları tərəfindən bu işdə bütün zərərçəkənlərin mənzillərlə təmin edilməsi məsələsi “Şərur” MTK-ya həvalə edilib. Bu MTK-nın rəhbəri isə bizimlə görüşdə Əhmədli qəsəbəsində bünövrəsi təzə qazılan binadan veriləcək mənzilə görə əlavə 5 min manat tələb etdi. Onun bizə “mənim heç kimdən çəkinəcəyim yoxdur, gedin, kimə istəyirsiniz şikayət edin”deməsini ailəmizə qarşı təhqir kimi qəbul edirəm. “Şərurlu İsfəndiyara” bildirmək istəyirəm ki, “Dövlətə , Vətənə ləyaqətlə qulluq etmək, yaşadığın cəmiyyətdə layiqli və səxavətli, xeyirxah insan olmaq hər bir şəxsə nəsib olmur!”

Aliyə Məmmədova daha sonra Azərbaycanda tanınmış ziyalı ailəsinin nümayəndəsi olduğunu xatırladır: “Atam Mirzə Rəhim oğlu Məmmədov 1938-1942-ci illərdə Azərbaycan Respublikası Maarif Komissarı, 1942-1944-cü illərdə Azərbaycan Kommunist Partiyası MK-nin katibi vəzifəsində çalışıb. 1944-1946-cı illərdə İranda vitse-konsul təyin edilib. 1955-1959-cu illərdə Respublika Maarif naziri işləyib. Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mirəz İbrahimov və digər görkəmli yazıçı və alimlərlə, Əziz Əliyev kimi dövlət xadimi ilə ailəvi dostluq etmişik.

Anam mərhum akademik Zərifə xanım Əliyevanın həmkarı və yaxın rəfiqəsi olub. Atamın elmi, ictimai-pedaqoji fəaliyyətinə, ölkəyə, xalqa göstərdiyi xidmət və dövlətə sədaqətinə görə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 90 illik yubileyi keçirilib. Ailənin yeganə övladı olmuşam. Atam çox otaqlı mənzilimizi o zaman dostu Səməd Vurğuna bağışlamışdı. Hazırda görkəmli şairin ev muzeyi həmin mənzildə yerləşir".

Şikyaətçi təəssüflə indi 62 k.v.m mənzilə möhtac qaldığını xatırlatsa da, ümidsiz olmadığını yazır: "Əminəm ki, mənim bu harayımı eşidəcəklər. Ölkəmizdə aparılan son islahatlar və "Dəmir Yumruğun" gücü çox bağlı qapıları üzümüzə açacaq!"

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?