kanal1

1-ci Qarabağ müharibəsi iştirakçısı evindən məcburi çıxarılır - Xətaidə ÖZBAŞINALIQ

Tarix:16-07-2021, 09:57
Baxış Sayı:13

1-ci Qarabağ müharibəsi iştirakçısı evindən məcburi çıxarılır - Xətaidə ÖZBAŞINALIQ

2013-cü ildə “Ağ şəhər” layihəsi çərçivəsində evi plana düşən Əhli Həbiyev Həbulla oğlu illərdir haqsızlıqla üzləşdiyini bildirir. 1 il bundan əvvəl də problemini Musavat TV- yə danışan müharibə veteranı vəziyyətin indi daha kritik olduğunu bildirib.

Əhli Həbiyev bütün bu problemin kökünün keçmiş Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və onun qohumu Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayıldan qaynaqlandığını dedi: "1989-cu ildən bu mənzildə yaşayıram. Bu evlər Dövlət Neft Şirkətinə aid idi. O zaman ev növbəsində olanlara müvəqqəti yaşamaq üçün buradan ev verilirdi. Kim dövlətdən ev alırdısa, onlar buradan köçürülürdü. Mən də dövlətdən ev almadığım üçün o zamandan burada yaşamaqda davam edirəm. 2013-cü ildən “Ağ şəhər” dövlət layihəsi əsasında bu ərazilərdə söküntü işləri həyata keçirir. Sökülən evlərin sahiblərinə o zaman hər kvadrat üçün 1500 manat kompensasiya ödənilirdi. Hamı kimi mən də 200 kvadratdan çox olan evimə kompensasiya istədim. Onlar isə mənə 80 min pul vermək istəyirdilər. Razı olmadığım üçün qanunsuz olaraq 2016-cı ildə evimin yarısını söküb, təhlükəli vəziyyətə saldılar. Bunlar azmış kimi mənim yaşadığım ünvanda Hacıyev Rəhman Əliyoldaş oğlu adında mülkiyyətçi ortaya çıxdı. Güya burada ona aid iki mərtəbəli mənzil olub. Halbuki, 1989-cu ildən bu yana yaşadığım bu ev bir mərtəbəli olub və sənədlə mülk mənə aiddir. Həmin şəxs də iddiaçı şəxs qismində məni məhkəməyə verib."

Əhli Həbiyevin döyüş yoldaşı, hüquqşünas Rəşid Allahyarov TV Musavata bildirib ki, Hacıyev Rəhman Əliyoldaş oğlu müxtəlif illərdə iddiaçı qismində məhkəməyə müraciət edib: "Şikayətə qarşılıq olaraq Əhli Həbiyev apellyasiya müraciəti edib və qərarını gözləyir. Belə bir ərəfədə, məhkəmənin qərarı olmadan Qarabağ qazisinin evinin sökülməsi qanunsuz addımdır".

Əhli Həbiyevin döyüş yoldaşları sona qədər bu məsələdə onun yanında olacaqlarını bildiriblər.

Ümid edirik ki, müharibə veteranının məsələsi tez bir zamanda həllini tapacaq.

Daha ətraflı videomaterialımızdan izləyə bilərsiniz:

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb