kanal1

"Yaşıl Bazar"da qara-qura MƏNZƏRƏ... - İDDİA

Tarix:14-07-2021, 09:56
Baxış Sayı:124

"Yaşıl Bazar"da qara-qura MƏNZƏRƏ... - İDDİA

Bəzən siyasi ekspertlər ölkəmizə Şərqdən, Qərbdən, İrandan, Turandan, Rusiyadan və s gələn təhlükələrdən ağızdolusu danışırlar, proqnozlar verirlər.
Bir nəfər də demir ki, ölkəmizə ən böyük təhlükə iri ranqlı məmurlarda cəmləşmiş yüz milyonlar, milyardlardır.
Bəli, keçmiş və indiki məmurlar üçün MİLYON rəqəmi az qala istehza doğurur. Nə milyon, söhbət yüz milyonlardan, milyardlardan gedir.
Məmurun 100 hektarlarla torpağı, maşın kolleksiyası, bazarları, zavodları, mükləri, villaları, xaricdə geniş biznes şəbəkələri və...üstəlik ofşor zonalarda və xarici banklarda yüz milyonları.
Kim qarantiya verə bilər ki, bu milyardlar bir gün ölkəmizin ziyanına hərəkətə keçməyəcək.
Ona görə də əbəs yerə demədik ki, ən böyük təhlükə məmurlarda cəmləşmiş və az qala dövlətin büdcəsinə bərabər maliyyə vəsaitindədir.
Bu məmurların hərəsi də “yüz dinə” qulluq edir.
Axı, məmur hara bazar hara ?
Bəli, məmurlarımız da bazar adamı kimidir.
Uzun illər Bakının meri olmuş Hacıbala Abutalıbovun adı paytaxtın iri bazarlarından biri olan “Yaşıl bazar”la bağlıdırsa, bazarın qazancını sabiq merin oğlu, dini təriqət nümayəndəsi olan İsrafil hara gəldi yönəldirsə, bu məqamda əlahəzrət məntiq də susur.
Bəli, söhbət “Yaşıl bazar”dan gedir.
Bura əsasən kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarıdır. Yəni müxtəlif meyvə-tərəvəz növləri, ət və süd məhsulları əsas satılan məhsullardır. Bazarda xeyli sayda ət dükanları da var.
Bakının Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl Bazar”ın sahibinin paytaxtın sabiq meri Hacıbala Abutalıbov olması uşaqdan böyüyə hamıya məlumdur.
Adətən belə məqamlarda kimlərsə fakt tələb edir.
Birincisi, atalar demişkən, görünən kəndə nə bələdçi.
İkincisi, unutmayaq ki, Azərbaycan balaca ölkədir, bu başında asqıranda o başında iyisi gəlir. Yəni heç nəyi gizlətmək mümkün deyil.
Bəli, “Yaşı bazar”ın idarəçiliyini uzun illər Hacıbalanın oğlu İsrafil Abutalıbov və Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramiz Hacıyev həyata keçirib. Söhbət “bazar” işlətməkdən yox, idarəçilikdən gedir.
Əgər bazarda hər şey qaydasında olsaydı, bəlkə də bunun üstündən keçmək olardı. Amma təəssüf ki, korrupsioner məmurlar xalqdan oğurladıqlarını da normal idarə edə bilmir.
Bu gün “Yaşıl bazar”da neçə-neçə ət dükanı var, ət-süd məhsulları satılır. İndi gedin baxın görün bu məhsullar necə baytarlıq nəzarətindən kənarda qalır. Bu boyda məhsulları realizə edən bazarda adi laboratoriya yoxdur.
Bir dəfə yazmışıq, bir daha təkrar edirik ki, bu cür məhsullarının əhaliyə satılması, karonavirusdan daha təhlükəlidir. Dünyanın heç bir yerində laborator analizdən keçmədən ət və süd məhsullarını əhaliyə satmaq olmaz. Bu ağır cinayətdir. İstəyirsiniz, qarayara, brüsülyoz kimi kütləvi xəstəliklər əhali arasında yayılsın ?
Yaxud “Yaşıl bazarda” xeyli sayda gül dükanları var və qiymətlər də bayram günlərində kəllə-çarxa qalxır.
Qiyməti qoyaq bir kənara. Bəs başa düşmürsünüz ki, bitki mənşəli məhsullara, o cümlədən güllərə fitosanitar nəzarəti olmalıdır. Adicə taxtanı ölkəyə idxal edəndə o mütləq fitonəzarətdən keçməlidir ki, ölkəyə zərərli həşəratların toxumları daxil olmasın. Bəs, evlərimizə aldığımız və toxunduğumuz gülləri bazarlarda kim yoxlayır ? Əlbəttə, heç kim.
Görəsən, bir neçə ildir yaradılmış QİDA agentliyi niyə yolunu “Yaşıl bazar”dan salmır ?
Ən böyük rüsvayçılıq bilirsiniz nədir ?
“Yaşıl bazar”da “kustar” üsulla hazırlanmış araq, alkoqollu içki satılır. Və iki nəfər “Yaşıl Bazar”dan aldığı alkoqollu içkidən zəhərlənərək ölüb. Kimlərsə inanmaya bilər. Ancaq bu barədə Baş prokurorluğun rəsmi açıqlaması var.
Onda sual olunur: Bəs nə üçün baş verənlərə görə, bazar rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmayıb ?
Bazar açıq-aşkar vergidən külli miqdarda yayınır.
Bəs Vergilər Xidməti hara baxır ?
Bu suallar artıq bizə deyil, hüquq-mühafizə orqanlarına, dövlət qurumlarına aiddir.
Bizimki yazmaq, işıqlandırmaq və ictimailəşdirməkdir. //gundelik-baku.com//

Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."