kanal1

Azərbaycanda oğul evlənmək istəyən anasını bıçaqladı

Tarix:6-05-2019, 14:41
Baxış Sayı:61

Azərbaycanda oğul evlənmək istəyən anasını bıçaqladı



Bərdə rayonunda anasını bıçaqlamaqda təqsirli bilinən Əhmədov Elvin Telman oğlunun cinayət işi məhkəmə prosesi davam edir.

Beş.az ölkə.az-a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nurlan Əliyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 8-nə təyin olunub.

Qeyd edək ki, hadisə Bərdə şəhərinin Qarabağ qəsəbəsində baş verib. Əhmədov Elvin Telman oğlu tərəfindən küçədə bıçaqlanan 47 yaşlı Aybəniz Vəliyeva xeyli vaxt əvvəl həyat yoldaşından ayrılıb. O, qəsəbədə atasının evində yaşayıb. Elvin isə atası ilə birgə kirayədə tutduqları mənzildə yaşayıb.
Hadisə baş verən günü Elvin anasının yaşadığı evə gələrək anası ilə mübahisə edib. Hadisəyə 48 yaşlı Aybəniz Vəliyevanın ikinci dəfə ailə həyatı qurmaq istəməsi səbəb olub. Qadının buna qarşı çıxan övladı anasının istəyinə ehtiraz edib. Anası ilə küçədə mübahisə edən Telman Əhmədov qadına 11 bıçaq xəsarəti yetirib. T.Əhmədov hadisədən sonra polisə könüllü təslim olub.

Aybəniz Vəliyeva isə Bərdə şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt