kanal1

Mübariz Qurbanlının oğlunun şirkəti ləğv edilir: ŞÜBHƏLİ TENDERLƏR... - TƏFƏRRÜAT

Tarix:9-07-2021, 12:40
Baxış Sayı:4

Mübariz Qurbanlının oğlunun şirkəti ləğv edilir: ŞÜBHƏLİ TENDERLƏR... - TƏFƏRRÜAT

“Phoenix Group” MMC (VÖEN: 1303952411) ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin rəsmi saytında yer alıb.
Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 12 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Phoenix Group” MMC 7 il əvvəl – 25.12.2014-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi isə Qurbanlı Orxan Mübariz oğludur.
Onu da bildirək ki, “Phoenix Group” MMC qanuni təmsilçisi isə Qurbanlı Orxan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının oğludur.
“Phoenix Group” MMC-nin adı bir qədər əvvəl mətbuatda qanunsuz tender əməliyyatında hallanıb. Belə ki, 2014-cü ildə təsis olunan və Orxan Qurbanlının rəhbərlik etdiyi “Phoenix Group” MMC 2015-ci ildə atası Mübariz Qurbanlının rəhbərlik etdiyi Komitə tərəfindən keçirlən ümumilikdə 153 min manatlıq tender müsabiqəsinin qalibi olub. Bu tender müsabiqəsinin nəticəsi “Dövlət satınalmaları haqda qanun”un 13-cü maddəsinin 2.1. bəndinin tələblərinə əsasən qanunsuz hesab olunmalıdır.
Orxan Qurbanlının qanuni təmsilçi olduğu daha bir şirkət 29.02.2016-cı ildə eyni ünvanda - Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 12-də dövlət qeydiyyatına alınıb. Mübariz Qurbanlının böyük oğlu Orxan Qurbanlı 29.06.2015-ci il tarixində Nəsimi rayonu Nizami küçəsi, ev 203B-də “Cyclee” MMC adlı daha bir şirkət qeydiyyatdan keçirib.
Mübariz Qurbanlının kiçik oğlu Mustafa Qurbanlı isə 21.04.2014-cü ildə Nəsimi rayonu 28 May, ev 58, m. 14-də “Studio 5” MMC, 27.08.2020-ci ildə isə Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 31 ünvanında “Celeste” MMC adlı şirkəti qeydiyyatdan keçirib. Mustafa Qurbanlı eyni zamanda SOCAR-da vitse-prezidentlərdən birinin müşaviri vəzifəsində çalışır.

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?