kanal1

“Veysəloğlu” və “Oba” vergidən necə yayınır... – 72 saatlıq qul əməyinə etiraz

Tarix:8-07-2021, 08:59
Baxış Sayı:11


“Veysəloğlu” və “Oba” vergidən necə yayınır... – 72 saatlıq qul əməyinə etiraz
"Veysəloğlu” və "Oba”nın Məhəmmədi qəsəbəsində yerləşən ambarında çalışan işçilərin şikayətçi olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Azsiyasət.com xəbər verir ki, "Veysəloğlu” və "Oba”nın işçiləri Əmək Məcəlləsinin tələblərinə zidd olaraq, həftədə 6 gün, gündə 12 saat işləməyə məcbur edilirlər. Yəni, işçilər həftədə 72 saat istismar edilirlər.

Şikayətdə bildirilir ki, şirkət müqavilələrdə maaşları 250 manat qeyd edib məvacibin qalan hissəsini qeyri-rəsmi ödəyir, bu yolla vergidən də yayınır.
Əməkdaşlara müqavilələrin nüsxələri də verilməyib.

Qeyd edək ki, əməyin istismarı ilə bağlı şikayətlər son aylarda artıb. Ölkədə əməyin istismarını təmizləmək üçün istismarçı şirkətləri ictimai şəkildə "cəzalandırmaq” lazımdır.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Vergi Xidməti orqanlarını məsələni tez bir zamanda araşdırıb vətəndaşların hüquqlarını bərpa etməlidir.

Onu da əlavə edək ki, ölkənin ərzaq sektoruna ciddi paya malik olan bu şirkət iş adamı Aydın Talıbova məxsusdur.

Məsələni diqqətdə saxlayacağıq…

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?