kanal1

"TƏBİB-ə bir savadlı adam dəvət edin, qərarları redaktə etsin, ayıbdır!!!" - ETİRAZ

Tarix:7-07-2021, 14:00
Baxış Sayı:14

"TƏBİB-ə bir savadlı adam dəvət edin, qərarları redaktə etsin, ayıbdır!!!" - ETİRAZ

Doğrudan, TƏBİB-n bütün qərarları, bəli, bütün qərarları gülüncdür! Gah deyirlər "2 metr aralı olun", gah deyirlər "1 metr aralı olun." Türk televiziyaları isə göstərir ki, "qapalı yerlərdə 15 metr aralı dayansanız da, orada bir nəfərdə virus varsa, mütləq sizə yoluxacaq!" TƏBİB deyir, "20 saniyə əlinizi sabunla yuyun". Bu saniyəni ölçmək üçün saat qoyaq su kranının yanına?
Bütün dünya alimləri deyirlər ki, maska taxmaq zərərlidir, təmiz hava ciyərlərə daxil ola bilmir, ixrac edilən natəmiz hava da geri qayıdıb ciyərləri çürüdür! Ukraynada azərbaycanlı həkim professor meydanlara çıxıb maska taxanları "zombilər" adlandırır! O, deyir ki, "istəyisiniz mən maskasız klinikaya, koronovirusla dolu olan xəstələrin içərisinə gedim, virus mənə yoluxmayacaq. Çünki sağlam adamam." Və sübut edir ki, "insan doğulandan ölənə kimi onda korona virusu olur! Professora görə, koronovirus insanları öldürmür, insanlar daxili xəstəliklərdən ölürlər!" Yəni koronovirus xəstəliyi müalicə olunandır. Ona görə də professora təzyiq göstərirlər ki, ölkəni tərk etsin!

TƏBİBƏ görə, toya gələn 50 nəfərə virus keçə bilməz, amma 150 nəfərə keçər!

Şənbə-bazar virus "hücuma keçir", ona görə də ictimai nəqliyyat işləməməlidir! Xaricə gedəndə təyyarəyə minməkdən ötrü klinikadan tibbi kağız almaq üçün xeyli pul ödəmək lazımdır! Bu yaxınlarda Türkiyədə idim, onlar da belə formal arayış verirlər və formal olduğunu özləri də təsdiq edirlər... Mən orada yağış altında qaldığımdan bərk xəstələnmişdim, öskürəkdən nəfəs ala bilmirdim, həkim otelə gəlib uçuş arayışı verməkdən ötrü məndən 350 lirə alıb, axşamtərəfi arayışı hazır elədi...
BizimTƏBİB-n işi Bakı Nəqliyyat Agentliyinin işinə çevrilib: Nə olur-olsun, pul çıxsın!..
TƏBİB-ə bir savadlı adam dəvət edin, qərarları redaktə etsin, ayıbdır!!!

Xeyrəddin Qoca, sabiq baş konsul, publisist-jurnalist //moderator.az//

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?